Daha 131 tələbə ARDNŞ təqaüdü alacaqdır
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat
xidmətindən bildirmişlər
ki, iyunun 30-da ölkənin ali təhsil müəssisələrinin
tələbələrinə 2008-2009-cu tədris ilinin birinci semestrinin nəticələrinə görə
ARDNŞ təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir.
Mərasimdə çıxış
edən ARDNŞ prezidenti
Rövnəq Abdullayev
şirkətin təqaüdünə
layiq görülmüş
tələbələri təbrik
etmiş, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun
olaraq ARDNŞ-ın həyata keçirdiyi Təqaüd Proqramı haqqında ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən
təhsil naziri Misir Mərdanov ARDNŞ-ın həyata keçirdiyi bu aksiyanın gələcəkdə
daha geniş vüsət alacağına
əminliyini bildirmişdir.
Sonra
ARDNŞ prezidenti Rövnəq
Abdullayev, təhsil naziri Misir Mərdanov,
Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz Paşayeva, Azərbaycan Dövlət Texniki Universitetinin rektoru Havar Məmmədov,
Azərbaycan Dövlət
Neft Akademiyasının
rektoru Siyavuş Qarayev və Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı şirkətin müsabiqə komissiyasının qərarına
əsasən təqaüdə
layiq görülmüş
131 tələbəyə ARDNŞ-ın təqaüdlərini
(plastik kartları) və xatirə hədiyyələrini təqdim
etmişlər.
Azərbaycan müəllimi.-2009.-3
iyul.-S.1.