Təhsil Nazirliyinin əməkdaşları
Koreyada beynəlxalq seminarda iştirak ediblər
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması
şöbəsinin müdiri
F.Qədirov və Texniki peşə təhsili şöbəsinin
müdiri N.Məmmədov
iyunun 30-dan iyulun 5-dək Koreya İnsan Resursları İnkişaf Xidmətinin
təşəbbüsü ilə təhsil siyasətinin, xüsusilə
peşə təhsili siyasətinin formalaşdırılması
üzrə Cənubi Koreyada təşkil edilən beynəlxalq seminarda iştirak ediblər. Beynəlxalq seminara Cənubi
Koreyanın müxtəlif
peşə təhsili
müəssisələrinin və agentliklərinin rəhbərləri, həmçinin
Qırğızıstan, İndoneziya,
Nepal, Banqladeş, Kamerun, Yəmən, Vyetnam, Tanzaniya, Anqola və s. ölkələrdə peşə təhsili sahəsinə rəhbərlik
edən şəxslər
qatılıblar.
Seminarın təşkilində əsas məqsəd Koreyada peşə hazırlığı sisteminin
təşkili, peşə
təhsili siyasətinin
formalaşdırılması prinsipləri və təhsil müəssisələrinin
fəaliyyətləri ilə
tanış olmaq, Cənubi Koreya hökumətinin dəstəyi
ilə peşə təhsili sistemini yenidən quran ölkələrdə
həyata keçirilən
layihələr barədə
məlumat toplamaq idi.
Səfər zamanı Koreya Politexnik Kollecində, İnsan Resursları İnkişaf Xidmətində,
Koreyanın iri sənaye şirkətləri
olan Hyundai və POSCO-nun bir sıra istehsal
müəssisələrində görüşlər keçirilib.
Təhsil Nazirliyinin nümayəndələri
ilə Bakıda "Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi"nin yaradılması təşəbbüsü ilə
çıxış edən
"DAEWOO İnternational" və "ED Corporation"un təmsilçilərinin
görüşləri də
yaddaqalan olub. Görüşlərdə layihənin
Azərbaycan höküməti
ilə razılaşdırılması
və həyata keçirilməsi üçün
səylərin gücləndirilməsi
məsələləri müzakirə
edilib.
Azərbaycan müəllimi.-
2009.-10 iyul.-S.4.