Ümumtəhsil məktəblərinin I II sinifləri üçün tədris planlarının təsdiqi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq olunmuş lAzərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) əsasında ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyul 2007-ci il tarixli, 923 nömrəli əmrilə təsdiq edilmiş fənn kurikulumlarının və tədris planlarının tətbiqi ilə əlaqədar

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikasının təlim Azərbaycan, rus, gürcü dillərində olan və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I və II siniflərinin 2009-2010-cu dərs ili üçün tədris planları və tədris planlarına dair qeydlər təsdiq edilsin.

2. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov, A.Əhmədov), İqtisadiyyat şöbəsi (H.Zeynalov), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planının cap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavələrlə birlikdə “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

30 iyun 2009-cu il

 

Azərbaycan müəllimi.-2009.-10 iyul.-S.2.