Tədbirlər planının təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın təsdiq edilməsi barədə 05 may 2009-cu il tarixli, 260 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin.

2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, şəhər, rayon təhsil şöbələrinin müdirləri, nazirliyin aidiyyəti şöbələri tədbirlər planının icrasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr tədbirlər planını "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.

4. Ümumi şöbə (İ.Mirzəyev) əmr tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

2 iyul 2009-cu il

 

Azərbaycan müəllimi.-2009.-10 iyul.-S.2.