1941-1945-ci illər müharibəsində
Qələbənin 65 illik yubileyinin qeyd edilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 319 N-li 22 iyun 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinin qeyd edilməsi üzrə Milli Proqram"ın icrasını təmin etmək məqsədilə
ƏMR
EDİRƏM:
1. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə olunması məqsədi ilə "Müharibə" mövzusunda mədəni-kütləvi tədbirlər təşkil etsin.
2. Təhsil Problemləri İnstitutu (A.Mehrabov) 1941-1945-ci illər müharibəsinin ayrı-ayrı mərhələlərini, Qələbəni əks etdirən məşğələləri təhsil müəssisələrində keçirmək üçün 20 saatlıq proqram hazırlanmasını təmin etsin.
3. Nazirliyin Elm şöbəsi (G.Hüseynova) 2009-2010-cu tədris ilində 1941-1945-ci illər müharibəsində Qələbənin təmin edilməsi həqiqətlərini, o cümlədən Azərbaycan xalqının, xüsusən Azərbaycan neftçilərinin Qələbənin təmin edilməsində müstəsna xidmətlərini, Azərbaycan alimlərinin Qələbənin əldə edilməsi üçün verdiyi töhfələri və Azərbaycan qadınlarının ön və arxa cəbhələrdə qəhrəmanlıq nümunələrini əks etdirən elmi konfransların, simpoziumların keçirilməsini təmin etsin.
4. Təhsil müəssisələrinin rəhbərləri 1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi ilə bağlı əmrin müvafiq bəndlərinin icrasını təmin etmək üçün tədbirlər həyata keçirsinlər.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
6. Ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri
10 iyul
2009-cu il
Azərbaycan müəllimi.-2009.-17
fevral.-S.2.