Qəza vəziyyətində olan
bir çox məktəb binası yeniləşdiriləcək
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il iyunun 23-də "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" sərəncam imzalayıb. Dövlət başçısının təhsilimizə qayğısının növbəti təzahürü olan həmin sərəncama əsasən ölkədə qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işlərinin davam etdirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 13 milyon manat məbləğində vəsait ayrılıb.
Təhsil Nazirliyindən
aldığımız məlumata görə, ayrılan həmin
vəsait hesabına paytaxtda və bölgələrdə qəza
vəziyyətində olan 10-dan çox məktəb binası
yenidən qurulacaqdır. Həmin binaların bir hissəsi
yeni dərs ili başlananadək, qalanı
isə ilin sonunadək təmir olunub şəbəkəyə
qaytarılacaqdır.
Y.Əliyev
Azərbaycan müəllimi.-2009.-24
iyul.-S.1.