Regionlarda elmi kadrların hazırlanması diqqət mərkəzindədir

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ilə birgə "Regionlarda elmi kadrların hazırlanmasının aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilmişdir.

Naxçıvan Dövlət Universitetinin tanıtma filmi nümayiş etdirildikdən sonra konfransı giriş sözü ilə NDU-nun rektoru, akademik İsa Həbibbəyli açmış, Azərbaycan miqyasında AAK-la birgə ilk dəfə belə bir konfransın keçirilməsinin əhəmiyyətindən, regionda elmin inkişafına verəcək töhfələrdən bəhs etmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev "Regionlarda elmi kadrların hazırlanmasının əsas nəticələri problemləri" mövzusunda məruzə edərək ölkə muxtar respublika rəhbərliyinin qayğısı dəstəyi sayəsində Naxçıvanda elmi potensialın formalaşmasında, yerli elmi mütəxəssislərin hazırlanmasında qazanılan uğurlardan danışmışdır.

NDU-nun rektoru, akademik İsa Həbibbəyli "Naxçıvan Muxtar Respublikasında elmi kadrlara olan tələbat: yekunlar vəzifələr" adlı məruzəsində statistikaya müraciət edərək bildirmişdir ki, 2 nəfər akademikin, 5 nəfər akademiyanın müxbir üzvünün fəaliyyət göstərdiyi Naxçıvanda son iki ildə 60 nəfər doktorluq namizədlik dissertasiyası müdafiə etmişdir. Akademik İsa Həbibbəyli Ali Attestasiya Komissiyasının regionda elmi kadrların hazırlanmasındakı xidmətlərindən, Naxçıvan MR- intellekt bazasının təşəkkülündə burada fəaliyyət göstərən 6 indeksli 2 Müdafiə Şurasının rolundan danışmış, bu sahədəki müəyyən problemlərə nəzər salmışdır.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Yeni elmi nəslin hazırlanmasında akademik qurumlarla ali məktəblərin qarşılıqlı əlaqələrinin imkanları" ilə bağlı məruzəsində Naxçıvan Dövlət Universitetinin ərazidə elmi potensial məxəzi rolunu oynamasından, rəhbərlik etdiyi elmi qurumun bu istiqamətdə gördüyü işlərdən, müştərək elmi tədqiqatlardan elmi nəşrlərdən söz açmışdır.

Sonra Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev Naxçıvan Dövlət Universitetinin bir qrup əməkdaşına doktorluq namizədlik diplomlarını təqdim etmişdir. Təltif olunanlar adından çıxış edən tarix elmləri doktoru Həmzə Cəfərov digərləri elmi kadrların hazırlanmasında göstərdiyi diqqət qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Naxçıvan MR Ali Məclisinin Sədrinə, Ali Attestasiya Komissiyası universitet rəhbərliyinə minnətdarlıqlarını bildirmişdir.

Konfransda Azərbaycan regionlarında elmin inkişaf göstəricilərinə dair monoqrafiyalar, elmi məqalələr avtoreferatlar sərgilənmiş, universitetin incəsənət fakültəsinin müəllim tələbələri bədii proqramla çıxış etmişlər.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.-2009.-24 iyul.-S.1.