Təhsil Nazirliyinin "Qaynar xətt"inə
iyun ayında 46 müraciət daxil olub
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin iyununda 46 müraciət daxil olub. Onlardan 7-si sorğu xarakterlidir.
Qeyd edək ki, müraciətlərin əksəriyyəti
ümumtəhsil məktəbləri ilə
bağlıdır. Bakı
şəhər ümumtəhsil məktəblərindən
12, Abşeron rayon ümumtəhsil məktəblərindən
3, Zaqataladan 2, Gəncə, Sumqayıt şəhərləri,
Yardımlı, Tərtər, Tovuz, Salyan, Qobustan, Ağstafa və
Laçın rayonlarının ümumtəhsil məktəblərinin
hər birindən 1, ümumilikdə 26 müraciət qəbul
olunub. Müraciətlərdə əsasən ümumtəhsil
məktəblərində buraxılış
imtahanlarının təşkili, keçirilməsi və nəticələri,
eləcə də təhsil sənədlərinin verilməsi
məsələlərindən bəhs edilir.
Ötən ay məktəbəqədər
tərbiyə müəssisələri ilə əlaqədar
Bakıdan 2, Sumqayıtdan 1 müraciət olmaqla 3 zəng
edilib.
"Qaynar
xətt" xidmətinə Laçın rayon ümumtəhsil
məktəbləri ilə əlaqədar daxil olan müraciətlərdən
1-i Azərbaycan Respublikası Baş Prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsinə
göndərilib.
Təhsil
Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan
müraciətlərin araşdırılması nəticəsində
2 (Bakı şəhəri və Abşeron rayonu üzrə)
orta məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin
hər biri üzrə 2, Bakı Slavyan Universiteti, Azərbaycan
Müəllimlər İnstitutunun Zaqatala filialı və Azərbaycan
Beynəlxalq Universitetinin hər biri üzrə isə 1
müraciət daxil olub. Ali təhsillə bağlı olan bu 7
müraciətdə tələbələrin semestr
imtahanlarına buraxılması, qeyri-müvəffəq qiymət
alanlar üçün yenidən imtahan təşkil edilməsi
və digər məsələlərdən bəhs edilir. Eyni
məzmunlu daha 3 müraciət orta ixtisas məktəblərindən
qəbul olunub (Bakı Məktəbəqədər Pedaqoji
Texnikumu, Azərbaycan Dövlət Pedaqoji Kolleci və Şəki
Pedaqoji Texnikumu).
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni zamanda cari ilin iyul ayının birinci yarısında "Qaynar xətt" xidmətinə daxil olan çoxsaylı sorğular nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb və 3 müraciət qeydə alınaraq araşdırılıb.
Azərbaycan
müəllimi.-2009.-24 iyul.-S.1.