NDU-nun tələbələri Türkiyə universitetlərində istehsalat təcrübəsi keçiblər

 

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Kayseri şəhərindəki Erciyez Universiteti arasında bağlanmış müqaviləyə uyğun olaraq NDU-nun tibb fakültəsinin 22 nəfər III IV kurs tələbəsi bu yaxınlarda həmin təhsil ocağında elmi-istehsalat təcrübəsində olub.

 

Tələbələr öncə Erciyez Universitetinin Gövhər Nəsibə tibb fakültəsinin biokimya, anatomiya, mikrobiologiya, normal fiziologiya kafedralarına baş çəkərək onların fəaliyyəti, yeni dərslik dərs vəsaitləri ilə maraqlanmış, fikir mübadiləsi aparmışlar.

Təcrübə zamanı tələbələr fakültənin 1500 çarpayılıq 5 xəstəxanasında - hematologiya-onkologiya, orqan köçürülməsi dializ, ürək damar xəstəlikləri, uşaq xəstəxanalarında, sümük iliyi köçürülməsi mərkəzində olmuş, bu müalicə ocaqlarının ayrı-ayrı şöbələrində müxtəlif xəstəliklərin müayinəsində fəal iştirak edərək müasir müalicə üsulları, ən yeni tibbi texnologiyalardan istifadəni mənimsəmiş, çoxsaylı cərrahiyyə əməliyyatlarını müşahidə etmişlər.

Tələbələr xəstəxananın mərkəzi laboratoriyasındakı müasir laborator müayinə üsullarını, poliklinikada isə ambulator xəstələrin qəbulu, müayinə müalicəsi üçün istiqamətləndirilməsi prosesini öyrənmişlər.

Təcrübə müddətində müvafiq kafedraların professorları tələbələrə müasir təbabətin aktual problemlərinə dair mühazirələr oxumuş, onları maraqlandıran suallara cavab vermişlər. Tələbələrdən Mircəlil Seyidov, İlkay Həşimli, Sevinc Qəhrəmanova, Turac Ağayeva, Ceyhun Hümbətov diskussiya zamanı yetkin nəzəri bilik nümayiş etdirmişlər.

Səfər zamanı naxçıvanlı qonaqlar üçün qədim yunan insan məskənlərinin yerləşdiyi Kappadokia muzey-şəhərinə ekskursiya təşkil olunmuşdur.

NDU-nun tibb fakültəsinin daha 20 nəfər III, IV, V kurs tələbəsi isə fakültənin klinik xəstəxanasının bir qrup əməkdaşı ilə birlikdə Türkiyə Respublikasının İzmitdəki Kocaeli Universitetində elmi-istehsalat təcrübəsi keçmişdir.

Naxçıvanlı tələbələr əsasən tibb fakültəsinə məxsus xəstəxananın Uşaq sağlığı xəstəlikləri elmi-tədqiqat mərkəzində olmuş, buradakı ümumi pediatriya bölməsində serebral iflic, metobalik astit, epilepsiya xəstəliklərinin müalicəsinin gedişini öyrənmişlər.

Təcrübəçi tələbələr xəstəxananın gün ərzində 1000 nəfərə tibbi xidmət göstərən poliklinikasının Kök hüceyrə gen tədavüləri Araşdırma Uyqulama mərkəzində, Nevrologiya Nefrologiya şöbələrində olmuşlar.

Tələbələr asudə vaxtlarında Erciyez Universitetinin 70.000, Kocaeli Universitetinin 60.000-ə yaxın kitab fonduna malik zəngin kitabxanalarında türk ingilis dillərində çıxan müasir elmi tibbi nəşrlərlə, son elektron dərgilərlə tanış olmuşlar. Erciyez Universiteti tərəfindən NDU-nun tibb fakültəsinin kitabxanasına 250-dən çox tibb dərsliyi hədiyyə edilmişdir. Elmi-istehsalat təcrübəsinin sonunda tələbələrə universitetlərin sertifikatları təqdim olunmuşdur.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.-2009.-31 iyul.-S.4.