Treninqlərdə müəllimlər kurikulum islahatının mahiyyətinə yiyələndilər

 

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin I siniflərində işləyəcək ibtidai sinif müəllimləri üçün 5 günlük öyrədici kurslar təşkil olunur. Yeni dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərinin I siniflərində dərs aparacaq müəllimlər üçün nəzərdə tutulan müvafiq treninqlər artıq başa çatmışdır. İyunun 2-dən iyulun 3-dək paytaxtın 11 rayonunu əhatə edən 11 məktəbdə keçirilmiş 5 günlük təlim kurslarında bütövlükdə 1872 müəllim iştirak etmişdir.

"Kurikulum islahatının davam etdirilməsi kurikulum islahatına dəstək" alt-komponentinin koordinatoru, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov tərəfindən hazırlanmış təlim kursunun proqramına əsasən, müəllimlər treninqlərdə fənn kurikulumlarının strukturu məzmunu, müasir kurikulumlar yeni təlim strategiyaları, fənn kurikulumları əsasında təlimin planlaşdırılması, ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni dərsliklərlə işin xüsusiyyətləri s. mövzuları öyrənərək yeni fənn kurikulumlarının tətbiqi sahəsində zəruri bilik bacarıqlara yiyələnmişlər.

Təlim kursunun nəticələrinin qiymətləndirilməsi ilə əlaqədar müdavimlər arasında sorğu keçirilmiş onun nəticələri təhlil olunmuşdur.

Treninqlərin səmərəli keçirilməsi üçün zəruri olan bütün təşkilati məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodmərkəzi tərəfindən vaxtında görülmüşdür.

Məşğələlərin sonunda gözlənilən nəticələr müdavimlərin diqqətinə çatdırılmış onun çap olunmuş versiyası müəllimlərə paylanmışdır.

 

 

Sitarə MƏMMƏDOVA

 

Azərbaycan müəllimi.-2009.-31 iyul.-S.1.