Mirzə Xosrov Axundzadə - 120

 

Görkəmli Azərbaycan pedaqoqunun keçdiyi şərəfli yol

 

Mənalı həyatını Azərbaycanın ictimai, mədəni maarif işlərinə sərf etmiş şəxsiyyətlərdən biri görkəmli pedaqoq şair Mirzə Xosrov Axundzadədir. Xosrov Mirzəli oğlu Axundzadə 1889-cu il iyun ayının 13- Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mirzəli Aşiq Zeynalabdın oğlu müəllim olmaqla bərabər, şair gözəl səsə malik məşhur musiqişünas olub, xalqımızın sevimli müğənnisi Cabbar Qaryağdı oğlunun onun həmkarlarının müəllimi olmuşdur.

Xosrov Axundzadə Şuşada qorodskoy (şəhər (keçmiş "Nikolayski") məktəbində təhsil almışdır. O, bu məktəbdə üzeyir Zülfüqar Hacıbəyov qardaşları ilə birlikdə oxumuşdur.

Xosrov Axundzadə şəhər məktəbində oxuyarkən atası Mirzəli Aşiq vaxtsız vəfat edir. Atasının vəfatından sonra altı nəfər ailə üzvünün ağırlığı onun üzərinə düşür. Gənc Xosrov 1905-ci ildə məktəbi bitirib, 1906- ildən dərs deməyə başlayır.

Xosrov Axundzadə 1906- ildən 1913-cü ilə kimi Şuşa "Nərimaniyyə", "Nəşri-maarif" s. məktəblərdə müəllim olmuş, 1913-1917-ci illərdə Şuşada 5 nömrəli məktəbdə müəllimlik etmişdir. 1920-ci ildə Şuşada "Nərimaniyyə" "Haşimiyyə" məktəblərinin təşkilində Hüseyn Qayıbov, Zülfüqar Abdullayev, Mircabbar Vəzirov, Hacı Zalov başqaları ilə bərabər Xosrov Axundzadənin xidməti olmuşdur.

Azərbaycanda Sovet hakimiyyəti qurulan gündən Xosrov Axundzadə başqa müəllimlər kimi, bütün varlığı ilə işə girişmiş qarşıda duran yeni vəzifələrin həllində yaxından iştirak etmişdir.

Xosrov müəllim Şuşada savadsızlığın aradan qaldırılmasında mühüm işlər görmüşdür. O, 1936-1938-ci illərdə Şuşa rayonu üzrə FKK sıralarına hazırlıqlı getmək üçün 6 nəfər savadsız çağırışçını bir ay müddətində savadlandırmışdır. O, həmin müddətdə "çağırışçılar məntəqəsi"ndə müdir vəzifəsində işləmişdir.

Xosrov Axundzadə 1935-ci ildə Şuşa şəhər kütləvi kitabxanasına müdir təyin olunmuşdur. 1956- ilə kimi Şuşada 7-illik orta məktəblərinin ibtidai siniflərində dərs demişdir. 1956- ildən o, şəxsi təqaüdə buraxılır. Qocaman müəllim 1960- il may ayının 10-da Şuşada vəfat etmişdir.

Göründüyü kimi, Xosrov müəllim ömrünün 50 ilini maarif sahəsinə həsr etmişdir. Respublikamızın görkəmli alim, ədib, şair, rəssam, musiqişünas, bəstəkar, həkim dövlət xadimləri arasında Xosrov müəllimin yüzlərlə yetirmələri vardır.

Xosrov müəllim 50-illik pedaqoji fəaliyyəti dövründə bilavasitə metodik rəhbərlik işinin məsuliyyətini yaxşı dərk edir, öz metodik siyasi hazırlığı üzərində yorulmadan çalışır, öyrədə-öyrədə özü öyrənərdi. Qocaman müəllim metodik ədəbiyyatı həmişə diqqətlə izləyər, gənc müəllimlərə məsləhətini bildirər təcrübəsini öyrədərdi.

Xosrov Axundzadənin pedaqoji fəaliyyəti, onun təcrübəsi hələ sağlığında respublikamızın pedaqoqlarının diqqətini cəlb etmişdir. 1948-ci ildə professor Əhməd Seyidov professor Mehdi Mehdizadə Xosrov müəllimə məktub yazmış ondan öz təcrübə xatirələrini instituta yazıb göndərməsini xahiş etmişdilər. Xosrov Axundzadə elmi-pedaqoji fəaliyyətinə dair yazıları - "Pedaqoji təcrübə mülahizələri" 2000-ci ildə "Maarif" nəşriyyatı, 2-ci nəşri isə 2008-ci ildə anadan olmasının 120 illiyi münasibətilə "Adiloğlu" nəşriyyatı tərəfindən çap olunmuşdur. Əsər gənc müəllimlər üçün əhəmiyyətli bir metodik vəsaitdir.

Xosrov Axundzadənin yaradıcılıq fəaliyyətinin bir sahəsi ədəbi irsimizlə əlaqədardır. O, 54 il ədəbi yaradıcılıqla məşğul olaraq, ədəbiyyat aləmində "Şaiq" təxəllüsü ilə tanınmışdır. Xosrov Şaiq ilk şeir təlimini atası Mirzəli Aşiqdən almışdır.

XIX əsrin qabaqcıl şair yazıçılarından olan Xurşud Banu Natəvan, Mir Möhsün Nəvvab, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə üzeyir bəy Hacıbəyovun gənc Xosrova böyük təsiri olmuşdur.

Xosrov müəllim 1919-cu ilin fevral ayında Həmidə xanımın xahişi ilə Mirzə Cəlilin "ölülər" "Anamın kitabı" əsərinin üzünü köçürüb Həmidə xanıma təqdim etmişdir. Bu barədə "Revolyuçiya i kultura" jurnalının 1-ci nömrəsində Həmidə Məmmədquluzadənin "Mirzə Cəlil haqqında xatirələrim" filologiya elmləri doktoru Abbas Zamanovun redaktorluğu ilə hazırlanan "Cəlil Məmmədquluzadə" (məqalələr xatirələr) əsərində qeyd olunmuşdur.

Xosrov Şaiqin Şuşada XIX əsr Azərbaycan yazıçı şairlərilə əlaqədar olan tarixi yerlər barədə "Xatirələri" bir çox cəhətdən təqdirəlayiqdir. Bu əsərlərdə Azərbaycan maarif mədəniyyətinin inkişafında böyük rol oynayan ziyalıların fəaliyyəti şirin bir dillə təsvir edilir.

Xosrov Axundzadə, eyni zamanda "Qarabağın tarixçisi" kimi məşhurdur. Mərhum professor Əliyar Qarabağlı "Xosrov Axundov-Şaiq haqqında" xatirəsində yazırdı: - "C.Məmmədquluzadə Həmidə xanımla, üzeyir bəylə S.S.Axundovla şəxsən dost tanış olan Xosrov müəllim ümumiyyətlə Qarabağ, xüsusən Şuşa haqqında ən dərin məlumata sahib idi. Buna görə Şuşanın tarixi ilə maraqlananlar həmişə ona müraciət edər aydın cavab alardılar".

Xosrov Şaiq ömrünün son günlərində böyük diqqət həvəslə qəzəllərini şeirlərini bir yerə toplayıb "Məcmueyi-əşarı" əsərinin (şeirlər məcmuəsinin) əl yazmasını xalqımıza nümunə qoyub. Şübhə yoxdur ki, Xosrov Axundzadənin pedaqoji ədəbi irsi gənc gələcək nəsillər üçün dəyərli mənbədir.

 

 

Pərviz AXUNDBƏYLİ

 

Azərbaycan müəllimi.-2009.-31 iyul.-S.3.