"Azərbaycan müəllimi"-75

 

O, hər bir ailənin qəzetidir

 

Naxçıvan Muxtar Respublikasından iki qocaman ziyalı ilə söhbətimizdə onların "Azərbaycan müəllimi" qəzetilə olan çoxillik əlaqəsindən bəhs olundu.

Naxçıvan MR-in əməkdar müəllimi, şair Sadıq Xanəliyev yarıməsrlik müəllimliyi dövründə "Azərbaycan müəllimi" qəzeti ilə sıx ünsiyyətdə olmuşdur. Onun şeir məqalələri bu qəzetdə çap olunmuş, haqqında yazılar verilmişdir. Elə üç il əvvəl - onun 70 illiyində "Azərbaycan müəllimi" qəzetində oxuculara geniş yazı təqdim olunmuşdur. İndi Sadıq müəllim , onun yolunu dağ kəndinin məktəbində davam etdirən oğlu Əli Xanəliyev digər pedaqoqlar kimi bu qəzetin hər nömrəsini səbirsizliklə gözləyir maraqla oxuyurlar.

Görüşdüyümüz ikinci ziyalı ailəliklə məktəbə, təhsilə bağlı olan insandır. Naxçıvan Dövlət Universitetinin əməkdaşı, Azərbaycan Yazıçılar Jurnalistlər birliklərinin üzvü, qabaqcıl maarif xadimi, Azərbaycan Respublikasının təhsil əlaçısı, 30 il "Azərbaycan müəllimi" qəzetində ştatdankənar bölgə müxbiri olmuş Abbas Hacıyevdir.

Abbas müəllimin dediklərindən:

-Bir il müəllim işləyib əsgəri xidmətə yollandım. Belorus Respublikasından göndərdiyim əsgər məktubları "Azərbaycan müəllimi" qəzetinin səhifələrində dərc olundu. Müxbiri olduğum hərbi dairə qəzetindən mənə müsbət xasiyyətnamə də verilmişdi. Bakıya qayıdanda - 1973-cü ilin iyun ayında, əsgər libasında "Azərbaycan müəllimi" qəzetinin yerləşdiyi köhnə ünvana - Hökumət Evinin IX mərtəbəsinə getdim. Redaktor müavini - pedaqoji elmlər namizədi, gözəl insan Məhyəddin Əbdülovla görüşümüz maraqlı və yaddaqalan oldu. O, məni redaktor - Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Şahin Səfərovun yanına apardı. Qərara gəldilər ki, qəzetin ştatdankənar müxbiri kimi onlarla əməkdaşlıq edim. Mənə vəsiqə də verdilər. 1998-ci ilədək bu işi icra etdim, 1998-2003-cü illərdə isə bölgə müxbiri təyin olundum...

Bir sözlə, respublikamızın çoxsaylı pedaqoqlarından biri kimi mənim də həyatımda "Azərbaycan müəllimi" qəzetinin xüsusi yeri vardır.

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.-2009.-31 iyul.-S.3.