Azərbaycan Texniki Universiteti ilə Çin Xalq Respublikasının ZTE
Korporeyşn şirkəti
arasında saziş imzalanıb
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Çin Xalq Respublikasının ZTE Korporeyşn şirkəti arasında AzTU-da yeni tədris mərkəzinin yaradılması ilə bağlı saziş imzalanmışdır.
ZTE Korporeyşn şirkəti tərəfindən müasir avadanlıqla təchiz olunacaq mərkəzdə telekommunikasiya sahəsi üzrə mütəxəssislərin hazırlanması nəzərdə tutulmuşdur.
İlkin mərhələdə Azərbaycan Texniki Universitetinin iki əməkdaşı müvafiq sahə üzrə təcrübə keçmək üçün sentyabrda Çin Xalq Respublikasına göndəriləcəkdir.
Azərbaycan müəllimi.-2009.-31
iyul.-S.1.