Qlobalistika - 2009" mövzusunda elmi
konqres
20-23
may tarixlərində M.V.Lomonosov adına Moskva Dövlət
Universitetində "Qlobalistika - 2009" adlı beynəlxalq
elmi konqres keçirilmişdir. Qlobal böhrandan
çıxış yolları və yeni dünya
quruculuğu modelləri müzakirə edilən konqres Rusiya Təbiət
Elmləri Akademiyası Rusiya Fəlsəfə Cəmiyyəti
və "İntellektual Sistemlər" elm-istehsalat
korporasiyası ilə birlikdə təşkil etmişdir.
Konqresə
Rusiya, Azərbaycan, Böyük Britaniya, ABŞ, Qazaxıstan,
Latviya, Litva, Monqolustan, Polşa, Türkiyə, Tunis, Ukrayna,
çexiya, İsveç, Tacikistan və digər dövlətlərin
iri elm-təhsil mərkəzlərindən 500-ə qədər
alim gəlmişdi.
Konqresin
açılışında MDU-nun rektoru, təşkilat komitəsinin
sədri, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik
V.Sadovniçi çıxış etmiş və
qonaqları salamlamışdır. O, öz təbrikində
beynəlxalq elmi konqresin əhəmiyyətini
açıqlamış və iştirakçılara
uğurlar arzulamışdır.
Konqres
işini 7 bölmədə davam etdirmişdir. "Qlobalistikanın
fəlsəfi aspektləri" bölməsində Astara
Pedaqoji Texnikumunun direktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin
üzvü, fəlsəfə elmləri namizədi, dosent Əlihəsən
Həmzəyev digər həmyerlimiz Rusiya Fəlsəfə Cəmiyyətinin
Avroasiya bölməsinin elmi katibi, fəlsəfə elmləri
namizədi Ariz Gözəlovla birgə "Qloballaşmanın
obyektiv və subyektiv aspektləri" mövzusunda
çıxış etmişlər. Məruzə maraqla dinlənilmiş
və konqresin materialları əsasında buraxılan toplunun
birinci cildinə daxil edilmişdir. "Qloballaşma və təhsil"
adlı bölmədə daha bir həmyerlimiz - Moskva Dövlət
Universitetinin professoru, pedaqoji elmlər doktoru Nizami Məmmədov
da çıxış etmişdir. O, həmin bölmənin
həmsədri olmuşdur.
Tanınmış
elm adamları Azərbaycanla bağlı bölməyə,
xüsusən də mədəniyyətimizə və təhsilimizə
böyük maraq göstərmişlər.
Azərbaycan.-2009.-5
iyun.-S.5.