"Qaynar xətt"ə iki ayda 69 müraciət daxil olub

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin aprel may aylarında 69 müraciət daxil olub. Müraciətlərdən 5-i sorğu xarakterlidir.

Qeyd edək ki, müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 28, Gəncə şəhər ümumtəhsil məktəblərindən 5, Abşeron rayonundan 6, Yardımlı rayonundan 3 müraciət daxil olub.

Müraciətlərdən 6- ali təhsil müəssisələrinə aiddir. Onların 3-ü Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədardır. Bu müraciətlərdə diplom alınması, diplomun səhv yazılması, tələbələrin akademik borclarının ləğvi s. məsələlərdən bəhs edilir.

"Qaynar xətt" xidmətinə daxil olan müraciətlərdən 3-ü (Gəncə şəhəri üzrə 2, Abşeron rayonu üzrə 1) Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan təhsil prosesinin təşkili, xaricdə təhsil, müəllimlərin ezamiyyə xərclərinin ödənilməsi, IX XI siniflərin buraxılış imtahanları, təhsil sənədlərinin alınması digər məsələlərlə bağlı bütün müraciətlər araşdırılıb, uyğun tədbirlər görülüb vətəndaşlara müvafiq cavablar verilib.

 

 

Azərbaycan müəllimi.-2009.-12 iyun.-S.1.