Təhsil Nazirliyində görüş
İyunun 5-də təhsil naziri Misir Mərdanov Fransanın Pyer və Mari Küri
Paris VI Sarbon Universitetinin vitse-prezidenti,
Paris Universitetlər İttifaqının Baş
katibi Gilbert Bereziat, qeyd olunan universitetin beynəlxalq əlaqələr
üzrə direktoru Sabine Lopez və
Fransanın ölkəmizdəki
səfirliyinin müvafiq
əməkdaşları ilə
görüşüb.
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən
məmnunluğunu ifadə
edib. Fransa ilə Azərbaycan
arasında mövcud əlaqələrin son illər daha da inkişaf etdiyini və bu əlaqələrin tarixini diqqətə çatdıran nazir bildirib ki, hazırda
qeyd olunan ölkənin ali məktəblərində təhsil
alan azərbaycanlı
gənclərin sayı
çoxalıb. Nazir Fransa
universitetləri ilə
qurulan sıx əməkdaşlıqdan, "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı"nın
təsdiqindən sonra
əlaqələrin daha
da inkişafına əlverişli şərait
yaranmasından, bu ölkənin KNOUS təşkilatı
ilə imzalanan müqavilədən,
həmçinin 40-a yaxın
azərbaycanlı gəncin
hazırda Fransanın
universitetlərində təhsil
aldığından söz
açıb.
Görüşdə Misir Mərdanov Fransa universitetləri ilə əlaqələrin
genişləndirilməsi, ölkəmizin
orta məktəblərində
fransız dilinin xarici dil kimi
tədrisinin yaxşılaşdırılması
ilə bağlı təkliflərini irəli
sürüb.
Paris Universitetlər İttifaqının
Baş katibi Gilbert Bereziat səmimi qəbul üçün nazir Misir Mərdanova təşəkkür edib.
Rəhbərlik etdiyi təşkilat və təmsil olunduğu universitet barədə məlumat verən qonaq öz çıxışında
səmərəli əməkdaşlığın
qurulması üzrə
məsələlərə də toxunub.
Sonra cənab Bereziat kənd təsərrüfatı və
texniki ixtisaslar üzrə tələbə
seçimi, təbiət
elmləri və tibb sahəsində əlaqələrin qurulması,
eləcə də ölkəmizdə fəaliyyət
göstərən Fransız
Dili Tədrisi Mərkəzində müəllimlərin
sayının artırılmasından da bəhs edib.
Səmimi və qarşılıqlı anlaşma
şəraitində keçən
görüşdə tələbə
mübadiləsinin aparılması,
müxtəlif mövzular
əhatə olunmaqla beynəlxalq elmi konfransların keçirilməsi
və ikitərəfli
təhsil əlaqələrinin
qurulması məsələləri
də müzakirə olunub.
Azərbaycan müəllimi.-2009.-12
iyun.-S.2.