Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri
üçün informatika fənn kurikulumu (V-XI
siniflər)
Təhsil pillələri üzrə təlim
nəticələri
Əsas təhsil pilləsində məzmun
xətləri üzrə təlim nəticələri
1. İnformasiya və informasiya prosesləri
Şagird:
* informasiyanın xassələri
haqqında biliklərini nümayiş etdirir;
* informasiyanın
kodlaşdırılmasını izah edir;
* informasiyanın qəbul
edilməsi və ötürülməsini nümunələr
əsasında izah edir;
* informasiyanın təsvir
üsullarını sadalayır;
* informasiyaların həcmini
müəyyənləşdirir, ölçür və
onları əlamətlərinə görə sistemləşdirir.
2. Formallaşdırma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
* modelləşdirmənin
əsas mərhələləri haqqında biliklərini
nümayiş etdirir;
* informasiya modellərinin
təsviri formalarını sadalayır, müxtəlif
informasiya modelləri qurur və onları təhlil edir;
* alqoritmin mahiyyətini
aydınlaşdırır, növlərini sadalayır və
müxtəlif məsələlərin həlli alqoritmini
qurur;
* proqramlaşdırma
dillərindən istifadə etməklə məsələlərin
həlli alqoritminin proqramını tərtib edir;
* sadə veb-səhifələr
yaradır.
3. Kompüter, informasiya və kommunikasiya
texnologiyaları və sistemləri
Şagird:
* kompüterdə istifadə
olunan əməliyyat sistemlərini tənzimləyir;
* mətn və qrafiki
redaktorda müvafiq nümunələr hazırlayır;
* multimedia təqdimatları
hazırlayır;
* elektron cədvəldə
iş nümayiş etdirir;
* müxtəlif şəbəkə
növlərindən, şəbəkənin işini təmin
edən proqram təminatından, İnternetin xidməti
proqramlarından istifadə edir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
* informasiya
resurslarını toplayır, sistemləşdirir və təhlil
edir;
* informasiya cəmiyyətinin
formalaşdırılmasına dair layihələr
hazırlayır.
Orta təhsil pilləsində məzmun xətləri
üzrə təlim nəticələri
1. İnformasiya və informasiya prosesləri
Şagird:
* informasiya proseslərinin
mahiyyətini şərh edir;
* informasiya sistemləri
haqqında bilik və bacarıqlarını nümayiş
etdirir;
* müxtəlif növ
informasiyalarla işləyir və onlardan istifadə edir.
2. Formallaşdırma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
* kompüter-informasiya
modelinin yaradılmasının əsas mərhələlərini
şərh edir;
* verilmiş informasiya
prosesinin modelini qurur, onu kompüterdə tədqiq edir;
* veb-proqramlaşdırmanın
mahiyyətini izah edir, veb-saytlar hazırlayır.
3. Kompüter, informasiya və kommunikasiya
texnologiyaları və sistemləri
Şagird:
* situasiyalara uyğun
olaraq kompüterdə əməliyyatlar nümayiş etdirir;
* müəyyən sahəyə
aid verilənlər bazasını layihələndirir;
* müxtəlif
İnternet xidmətlərinə aid təqdimatlar edir.
4. Cəmiyyətin
informasiyalaşdırılması
Şagird:
* informasiya cəmiyyətini
xarakterizə edən əsas fəaliyyət sahələrindən
(informasiya inqilabları, informasiya təhlükəsizliyi,
informasiya mədəniyyəti, ystemn hökumət, ystemn təhsil,
ystemn seçki, ystemn kitabxana, ystemn ticarət) istifadə
bacarıqları nümayiş etdirir;
* informasiya cəmiyyətinin
əsas əlamətlərinə aid nümunələr gətirir
və onlardan fəaliyyətində istifadə edir.
Siniflər üzrə məzmun
standartları
V SİNİF
V sinfin sonunda
şagird:
* informasiyaların sadə
işarələrlə kodlaşdırılması
haqqında biliklərini nümayiş etdirir;
* informasiyaların qəbul
edilməsi üsulları haqqında biliklərini
nümayiş etdirir;
* obyektin informasiya
modelinin növləri ilə işləmək
bacarıqları nümayiş etdirir;
* alqoritmləşdirmə
və sadə proqramlaşdırma mühitində tətbiq
bacarıqları nümayiş etdirir;
* kompüterin əməliyyat
sistemlərinə dair bacarıqlar nümayiş etdirir;
* mətn və qrafiki
redaktorda işləmək bacarıqları nümayiş
etdirir;
* İnternetdə sadə
tapşırıqları icra edir;
* informasiya
resurslarının əlamətləri və əhəmiyyətinə
dair biliklərini nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyaların
kodlaşdırılması haqqında biliklərini
nümayiş etdirir.
1.1.1. İnformasiyaların
sadə işarələrlə
kodlaşdırılmasını izah edir.
1.1.2.
İnformasiyaların sadə işarələrlə
kodlaşdırılmasına aid nümunələr göstərir.
1.1.3.
İnformasiyaların həcminin ölçülməsini
nümunələrlə izah edir.
1.2. İnformasiya
və informasiya emalı haqqında biliklərini nümayiş
etdirir.
1.2.1.
İnformasiyaların qəbul edilməsinin
üsullarını sadalayır.
1.2.2.
İnformasiyaların qəbul edilməsi üsullarını fərqləndirir.
1.2.3.
İnformasiyaların qəbul edilməsi üsullarını
nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Obyektin
informasiya modelinin yaradılmasına dair bacarıqlar
nümayiş etdirir.
2.1.1. Obyektin
informasiya modelini izah edir.
2.1.2.
İnformasiya modelinin növlərini fərqləndirir.
2.1.3. Obyektin
informasiya modelinin növlərini nümunələrlə
şərh edir.
2.2. Alqoritmləşdirmə
və sadə proqramlaşdırmaya dair bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
2.2.1. Alqoritmin təsviri
üsullarını izah edir.
2.2.2. Sadə
proqramlaşdırma mühitində proqramlaşdırma
haqqında elementar biliklərini izah edir.
2.2.3. Sadə
proqramlaşdırma mühitində “İcraçı”nın hərəkətini idarə edir.
2.2.4. Sadə
proqramlaşdırma mühitində elementar fiqurlar çəkir.
3. Kompüter, informasiya və kommunikasiya
texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüterin,
sistem proqramlarının ümumi iş prinsiplərinə dair
bacarıqlar nümayiş etdirir.
3.1.1. Fərdi
kompüterlərin təsnifatını şərh edir.
3.1.2. Kompüterin
əməliyyat sistemlərinə dair sadə
anlayışları izah edir.
3.1.3. Proqramın icrasına
dair bacarıqlar nümayiş etdirir.
3.2. Tətbiqi
proqramlarla işləmək bacarıqları nümayiş
etdirir.
3.2.1. Qrafiki
redaktorda rəsmlərin fraqmentləri üzərində
işləyir.
3.2.2. Mətni
yadda saxlamaq və çap etmək bacarıqları
nümayiş etdirir.
3.2.3. Şəkilləri
mətnə əlavə edir.
3.3. Kommunikasiya
texnologiyalarından istifadə bacarıqları nümayiş
etdirir.
3.3.1. İnternet
haqqında ilkin biliklərini izah edir.
3.3.2. İnternetdə
sadə iş bacarıqları nümayiş etdirir.
4. Cəmiyyətin
informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya
cəmiyyətinin formalaşdırılmasına dair biliklər
nümayiş etdirir.
4.1.1.
İnformasiya resurslarını əlamətlərinə
görə təsnif edir.
4.1.2.
İnformasiya resurslarını əsas əlamətlərinə
görə qruplaşdırır.
4.1.3. Təbiətlə
əlaqədar informasiya resurslarının əhəmiyyətini
izah edir.
VI SİNİF
VI sinfin sonunda şagird:
* ikilik say sistemində
kodlaşdırmaya dair bacarıqlar nümayiş etdirir;
* informasiyaların əlamətlərə
görə qruplaşdırılmasına dair biliklərini
nümayiş etdirir;
* obyektin informasiya
modelinin təsviri formalarını şərh edir;
* sadə
proqramlaşdırma mühitində müxtəlif alqoritmləri
icra edir;
* fərdi kompüterin əsas
və yaddaş qurğuları ilə işləyir;
* mətn, qrafiki və təqdimat
proqramlarında işləyir;
* İnternetdə sadə axtarışlar
aparır, ystemn poçtla işləyir;
* informasiya resursları
ilə işləməyin mərhələlərini, əhəmiyyətini
izah edir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyaların
kodlaşdırılması haqqında biliklərini
nümayiş etdirir.
1.1.1. İkilik say sisteminin mahiyyətini izah edir.
1.1.2. Natural ədədlərin
ikilik say sistemində kodlaşdırılmasını
nümunələrlə şərh edir.
1.1.3. İkilik say sistemində kodlaşdırılmış
informasiyanın həcmini ölçür.
1.2. İnformasiya
və informasiya emalı haqqında biliklərini nümayiş
etdirir.
1.2.1.
İnformasiyaların qruplaşdırılmasının
müxtəlif əlamətlərini sadalayır.
1.2.2. Müxtəlif
əlamətlərə görə informasiyaların
qruplaşdırılmasını izah edir.
1.2.3.
İnformasiyaların müxtəlif əlamətlərə
görə qruplaşdırılmasını nümunələrlə
şərh edir.
2. Formallaşdırma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Obyektin
informasiya modelinin yaradılmasına dair bacarıqlar
nümayiş etdirir.
2.1.1. Obyektin
informasiya modelinin təsvir formalarını sadalayır.
2.1.2.
İnformasiya modellərinin təsvir formalarını fərqləndirir.
2.1.3.
İnformasiya modelinin təsvir formalarını nümunələrlə
şərh edir.
2.2. Alqoritmləşdirmə
və sadə proqramlaşdırmaya dair bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
2.2.1. Alqoritmin xassələrini
izah edir.
2.2.2. Alqoritmin
növlərini nümunələrlə şərh edir.
2.2.3. Sadə
proqramlaşdırma mühitində budaqlanan və dövri
alqoritmləri icra edir.
2.2.4. Klaviatura
vasitəsilə proqramda səslərdən istifadə
bacarıqları nümayiş etdirir.
3. Kompüter, informasiya və
kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüterin,
sistem proqramlarının ümumi iş prinsiplərinə dair
bacarıqlar nümayiş etdirir.
3.1.1. Fərdi
kompüterin əsas qurğularının iş prinsiplərini
şərh edir.
3.1.2. Müxtəlif
disk qurğuları haqqında biliklərini nümayiş
etdirir.
3.1.3.
Proqramların müxtəlif variantlarla icrasını şərh
edir.
3.2. Tətbiqi
proqramlarla işləmək bacarıqları nümayiş
etdirir.
3.2.1. Qrafiki
redaktorda şəkli yadda saxlamaq və çap etmək
bacarıqlarını nümayiş etdirir.
3.2.2. Mətni
müvafiq qaydada formatlaşdırır.
3.2.3. Təqdimat
proqramında ilkin işləmək bacarığı
nümayış etdirir.
3.3. Kommunikasiya
texnologiyalarından istifadə bacarıqları nümayiş
etdirir.
3.3.1. İnternetdə
sadə axtarışları icra edir.
3.3.2. Elektron
poçtu ilə sadə işləmək bacarığı
nümayiş etdirir.
4. Cəmiyyətin
informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya
cəmiyyətinin formalaşdırılmasına dair biliklər
nümayiş etdirir.
4.1.1.
İnformasiya resursları ilə işləməyin mərhələlərini
izah edir.
4.1.2.
İnformasiya resursları ilə işləməyin əhəmiyyətini
izah edir.
4.1.3.
İnformasiya resursları ilə işləməyin əhəmiyyətini
nümunələrlə əsaslandırır.
VII SİNİF
VII sinfin sonunda şagird:
* müxtəlif say
sistemlərində kodlaşdırmaya dair bacarıqlar
nümayiş etdirir;
* müxtəlif xassələrinə
görə informasiyaların qruplaşdırılmasına
dair biliklər nümayiş etdirir;
* obyektin informasiya
modelinin cədvəl formasının yaradılmasına dair
bacarıqlar nümayiş etdirir;
* sadə
proqramlaşdırma mühitində proqram tərtib edir;
* proqram təminatı
sisteminin tərkib hissələrini izah edir, fayl və
qovluqlarla işləyir;
* təqdimat
proqramında müxtəlif üsullarla slaydlar
hazırlayır;
* İnternetə qoşulma
qaydalarını şərh edir, ystemn poçtda fayllarla
işləyir;
* İKT-nin tətbiqinin xüsusiyyətləri,
əhəmiyyəti və sahələri haqqında biliklərini
nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1.
İnformasiyaların kodlaşdırılması haqqında
biliklərini nümayiş etdirir.
1.1.1. Müxtəlif
say sistemlərinin xüsusiyyətlərini
izah edir.
1.1.2. Natural ədədlərin
müxtəlif say sistemlərində
kodlaşdırılmasını nümunələrlə
şərh edir.
1.1.3. Müxtəlif
say sistemlərində
kodlaşdırılmış informasiyanın həcmini
ölçür.
1.2. İnformasiya
və informasiya emalı haqqında biliklərini nümayiş
etdirir.
1.2.1.
İnformasiyaların xassələrini sadalayır.
1.2.2.
İnformasiyaları xassələrinə görə
qruplaşdırır.
1.2.3.
İnformasiyaların müxtəlif xassələrinə
görə qruplaşdırılmasını nümunələrlə
şərh edir.
2. Formallaşdırma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Obyektin
informasiya modelinin yaradılmasına dair bacarıqlar
nümayiş etdirir.
2.1.1. Obyektin
informasiya modelinin cədvəl formasını izah edir.
2.1.2.
İnformasiya modelinin cədvəl formasında təsvirini
nümunələrlə şərh edir.
2.1.3. Obyektin
informasiya modelini cədvəl formasında ifadə edir.
2.2. Alqoritmləşdirmə
və sadə proqramlaşdırmaya dair bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
2.2.1. Məsələnin
həlli mərhələlərini izah edir.
2.2.2. Məsələnin
həlli alqoritmini qurur.
2.2.3. Sadə
proqramlaşdırma mühitində verilmiş məsələnin
proqramını tərtib edir.
2.2.4. Sadə
proqramlaşdırma mühitində bəzi riyazi əməllərin
proqramlarını hazırlayır.
3. Kompüter, informasiya və kommunikasiya
texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüterin,
ystem proqramlarının ümumi iş prinsiplərinə dair
bacarıqlar nümayiş etdirir.
3.1.1. Fərdi
kompüterin əsas və əlavə qurğularının
iş prinsiplərini şərh edir.
3.1.2. Proqram təminatı
sisteminin tərkib hissələrini təsnif edir.
3.1.3. Fayl və
qovluqlar üzərində əməliyyatları icra edir.
3.2. Tətbiqi
proqramlarla işləmək bacarıqları nümayiş
etdirir.
3.2.1. Qrafiki
redaktorda şəkillərin atributlarını dəyişir.
3.2.2. Mətn
redaktorunda cədvəl və diaqramlar qurur.
3.2.3. Müxtəlif
üsullarla slaydlar yaradır.
3.3. Kommunikasiya
texnologiyalarından istifadə bacarıqları nümayiş
etdirir.
3.3.1. İnternetə
qoşulma qaydalarını şərh edir.
3.3.2. Elektron
poçtda fayllarla işləyir.
4. Cəmiyyətin
informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya
cəmiyyətinin formalaşdırılmasına dair biliklər
nümayiş etdirir.
4.1.1. İKT-nin tətbiq
olunduğu əsas sahələri təsnif edir.
4.1.2. İKT-nin
müxtəlif sahələrdə tətbiqi xüsusiyyətlərini
fərqləndirir.
4.1.3. İKT-nin tətbiqinin
əhəmiyyətini nümunələrlə əsaslandırır.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
* informasiyaların
kodlaşdırılması üsullarını izah edir və
bir say sistemindən digərinə keçidə aid nümunələr
göstərir;
* informasiyanın
emalı mərhələlərinə dair biliklərini
nümayiş etdirir;
* obyektin informasiya modelinin
“ağac” formasında təsvirinə dair bacarıqlar
nümayiş etdirir;
* proqramın
hazırlanması mərhələlərini izah edir və tərtib
etdiyi proqramı kompüterdə icra edir;
* multimedia
qurğularının funksiyalarını, iş prinsiplərini,
fayl və qovluqların axtarışı prosesini şərh
edir, iş masasını nizamlayır;
* qrafiki və mətn
redaktorunda obyektlərlə işləyir, ystemn cədvəlin
əsas elementlərini nümayiş etdirir;
* şəbəkələrin
növlərini, strukturlarını izah edir, İnternetin əsas
xidmət proqramları ilə işləyir;
* informasiyalaşdırma
proseslərinin mahiyyəti və mərhələlərinə
aid biliklər nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyaların
kodlaşdırılması haqqında biliklərini
nümayiş etdirir.
1.1.1.
İnformasiyaların kodlaşdırılması
üsullarını izah edir.
1.1.2.
İnformasiyanın bir say sistemindən digərinə
keçirilməsinə aid nümunələr göstərir.
1.1.3. Müəyyən
üsullarla kodlaşdırılmış informasiyanın həcmini
ölçür.
1.2. İnformasiya
və informasiya emalı haqqında biliklərini nümayiş
etdirir.
1.2.1.
İnformasiyaların emalı mərhələlərini
sadalayır.
1.2.2.
İnformasiyaların emalı mərhələlərini izah
edir.
1.2.3.
İnformasiyaların emalı mərhələlərini
nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Obyektin
informasiya modelinin yaradılmasına dair bacarıqlar
nümayiş etdirir.
2.1.1. Obyektin
informasiya modelinin “ağac” formasını izah edir.
2.1.2.
İnformasiya modelinin “ağac” formasında təsvirini nümunələrlə
şərh edir.
2.1.3. Obyektin
informasiya modelini “ağac” formasında ifadə edir.
2.2. Alqoritmləşdirmə
və proqramlaşdırmaya dair bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
2.2.1. Proqram təminatının
mahiyyətini şərh edir.
2.2.2.
Proqramların hazırlanması mərhələlərini izah
edir.
2.2.3. Verilmiş məsələnin
proqramını tərtib edir.
2.2.4. Tərtib
edilmiş proqramın kompüterdə icrasını
nümayiş etdirir.
3. Kompüter, informasiya və kommunikasiya
texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüterin,
ystem proqramlarının ümumi iş prinsiplərinə dair
bacarıqlar nümayiş etdirir.
3.1.1. Multimedia
qurğularının funksiyalarını,
iş prinsiplərini şərh edir.
3.1.2. Qovluq və
faylların axtarışı prosesini müxtəlif əlamətlərə
görə şərh edir.
3.1.3. İş
masasını müxtəlif parametrlərə görə
nizamlayır.
3.2. Tətbiqi
proqramlarla işləmək bacarıqları nümayiş
etdirir.
3.2.1. Qrafiki
redaktorda müəyyən çətinlik dərəcəsinə
malik şəkillər hazırlayır.
3.2.2. Mətn
redaktorunda obyektlərlə işləmək
bacarığını nümayiş etdirir.
3.2.3. Slaydlara yeni
komponentlər, effektlər əlavə edir.
3.2.4. Elektron cədvəlin
əsas elementlərini nümayiş etdirir.
3.3. Kommunikasiya
texnologiyalarından istifadə bacarıqları nümayiş
etdirir.
3.3.1. Kompüter
şəbəkələrinin növlərini,
strukturlarını izah edir.
3.3.2. İnternetin
əsas xidmət proqramları ilə işləyir.
4. Cəmiyyətin
informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya
cəmiyyətinin formalaşdırılmasına dair biliklər
nümayiş etdirir.
4.1.1.
İnformasiyalaşdırma proseslərinin mahiyyətini izah
edir.
4.1.2. İnformasiyalaşdırma
proseslərinin mərhələlərini fərqləndirir.
4.1.3.
İnformasiyalaşdırma proseslərinin mərhələlərinə
aid sadə layihələr hazırlayır.
IX SİNİF
IX sinfin sonunda şagird:
* müxtəlif
xarakterli informasiyaların həcmini ölçür və
kompüterdə kodlaşdırır;
* informasiyaların qəbulu
və ötürülməsi üsullarına dair biliklərini
nümayiş etdirir;
* informasiya modelinin şəbəkə
formasında təsvirinə dair bacarıqlar nümayiş
etdirir;
* öyrənilmiş
proqramlaşdırma mühitində işləyir;
* idarəetmə paneli və
xidməti proqramlarla işləyir;
* rastr və vektor qrafikləri,
elektron cədvəl ilə işləyir, multimedia təqdimatları
hazırlayır;
* İnternetdə informasiya
resurslarını ünvanlaşdırır;
* informasiya cəmiyyətinin
formalaşdırılmasının mahiyyəti və əsas
istiqamətlərinə dair biliklər nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyaların
kodlaşdırılması haqqında biliklərini
nümayiş etdirir.
1.1.1. Müxtəlif
xarakterli informasiyaların kodlaşdırılmasını fərqləndirir.
1.1.2. Müxtəlif
xarakterli informasiyaların kompüterdə
kodlaşdırılmasına aid nümunələr göstərir.
1.1.3. Müxtəlif
xarakterli informasiyaların həcmini ölçür.
1.2. İnformasiya
və informasiya emalı haqqında biliklərini nümayiş
etdirir.
1.2.1. İnformasiyaların
qəbulu və ötürülməsi üsullarını
sadalayır.
1.2.2.
İnformasiyaların qəbulu və ötürülməsi
üsullarını izah edir.
1.2.3.
İnformasiyaların qəbulu və ötürülməsi
üsullarını nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Obyektin
informasiya modelinin yaradılmasına dair bacarıqlar
nümayiş etdirir.
2.1.1.
İnformasiya modelinin şəbəkə formasını izah
edir.
2.1.2.
İnformasiya modelinin şəbəkə formasında təsvirini
nümunələrlə şərh edir.
2.1.3. İnformasiya
modelini şəbəkə formasında ifadə edir.
2.2. Alqoritmləşdirmə
və proqramlaşdırmaya dair bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
2.2.1.
Proqramlaşdırma dillərini təsnif edir.
2.2.2. Proqramın
ümumi strukturunu izah edir.
2.2.3.
Proqramlaşdırma dilinin əsas əmrlərini izah edir.
2.2.4. Öyrənilən
proqramlaşdırma mühitində işləmək
bacarıqları nümayiş etdirir.
2.2.5. Şablonla
sadə veb-səhifələr yaradır.
3. Kompüter, informasiya və kommunikasiya
texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüterin,
ystem proqramlarının ümumi iş prinsiplərinə dair
bacarıqlar nümayiş etdirir.
3.1.1. Müxtəlif
ystemn modellərinin imkanlarını parametrlərinə
görə müqayisə edir.
3.1.2. İdarəetmə
paneli ilə işləmək bacarığını
nümayiş etdirir.
3.1.3. Xidməti proqramlarla işləyir.
3.2. Tətbiqi proqramlarla işləmək
bacarıqları nümayiş etdirir.
3.2.1. Rastr və ystem qrafikləri ilə
işləmək bacarığı nümayiş etdirir.
3.2.2. Mətn redaktorunda müxtəlif
çətinlik dərəcəli sənədlər
hazırlayır.
3.3.3. Multimedia təqdimatları
hazırlayır.
3.3.4. Elektron cədvəldə diaqramlar,
qrafiklər qurur.
3.3. Kommunikasiya texnologiyalarından istifadə
bacarıqları nümayiş etdirir.
3.3.1. Kompüter şəbəkələrinin
iş prinsiplərini izah edir.
3.3.2. İnternetdə informasiya
resurslarının ünvanlaşdırılmasına dair
nümunələr göstərir.
4. Cəmiyyətin
informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya cəmiyyətinin
formalaşdırılmasına dair biliklər nümayiş
etdirir.
4.1.1. İnformasiya cəmiyyətinin
formalaşdırılmasının mahiyyətini şərh
edir.
4.1.2. İnformasiya cəmiyyətinin
formalaşdırılmasının əsas istiqamətlərini
fərqləndirir.
4.1.3. İnformasiya cəmiyyətinin
formalaşdırılması istiqamətlərinə aid sadə
layihələr hazırlayır.
X SİNİF
X sinfin sonunda şagird:
* informasiya proseslərinin
mərhələlərinə dair biliklərini nümayiş etdirir;
* kompüter-informasiya
modelinin xüsusiyyətləri, yaradılmasının mərhələlərinə
dair bacarıqlar nümayiş etdirir;
* veb-səhifələr
hazırlayır;
* kompüterin şəbəkəyə
qoşulmasını tənzimləyir, diaqnostik proqramlarla
işləyir;
* verilənlər
bazasının əsas tərkib elementlərini,
formalarını hazırlayır;
* internetdə
telekonfranslar təşkil edir;
* informasiya cəmiyyətini
xarakterizə edən əsas fəaliyyət sahələrinə
dair biliklər nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiya
prosesləri və sistemləri haqqında biliklərini
nümayiş etdirir.
1.1.1.
İnformasiya proseslərinin mərhələlərini təsnif
edir.
1.1.2.
İnformasiya proseslərinin əsas mərhələlərini
fərqləndirir.
1.1.3.
İnformasiya proseslərinin əsas mərhələlərini
nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Kompüter-informasiya
modelinin yaradılmasına dair bacarıqlar nümayiş
etdirir.
2.1.1.
Kompüter-informasiya modelinin xüsusiyyətlərini şərh
edir.
2.1.2.
Kompüter-informasiya modelinin yaradılmasının əsas mərhələlərini
şərh edir.
2.1.3.
Kompüter-informasiya modelinin yaradılmasına dair təqdimatlar
edir.
2.2. Alqoritmləşdirmə
və veb-proqramlaşdırma üzrə bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
2.2.1.
Veb-proqramlaşdırmanın mahiyyətini izah edir.
2.2.2.
Veb-proqramlaşdırmanın əsas əmrlərini şərh
edir.
2.2.3. Veb-səhifə
hazırlayır.
2.2.4.
Hazırladığı veb-səhifə üzrə təqdimatlar
edir.
3. Kompüter, informasiya və kommunikasiya
texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüter və
sistem proqramları ilə işləmək bacarıqları
nümayiş etdirir.
3.1.1. Yeni
proqramların yükləməsinə aid bacarıqlar
nümayiş etdirir .
3.1.2. Əməliyyat
sisteminin köməyi ilə kompüterin şəbəkəyə
qoşulmasının tənzimlənməsini nümayiş
etdirir.
3.1.3. Kompüterdə
diaqnostik proqramlarla işləyir.
3.2. Tətbiqi
proqramlarla işləyir.
3.2.1. Verilənlər
bazasının obyektlərini nümayiş etdirir.
3.2.2. Verilənlər
bazasının əsas tərkib elementlərini, formalarını
yaradır.
3.3. Müasir
kommunikasiya texnologiyaları ilə işləmək
bacarıqları nümayiş etdirir.
3.3.1. Şəbəkə
qurğularının iş prinsiplərini izah edir.
3.3.2. İnternetdə
telekonfransları təşkil etmə bacarıqları
nümayiş etdirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya
cəmiyyətinə dair biliklər nümayiş etdirir.
4.1.1.
İnformasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət
sahələrini (informasiya inqilabları, informasiya təhlükəsizliyi,
informasiya mədəniyyəti, ystemn hökumət, ystemn təhsil,
ystemn seçki, ystemn kitabxana, ystemn ticarət) şərh
edir.
4.1.2.
İnformasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət
sahələrinə aid təqdimatlar edir.
XI SİNİF
XI sinfin sonunda şagird:
* müxtəlif
informasiya sistemləri haqqında biliklərini nümayiş
etdirir;
* verilmiş informasiya
prosesini modelləşdirir;
* veb-sayt
hazırlayır;
* əməliyyat
sistemini tənzimləyir, şəbəkə proqram təminatından
istifadə edir;
* müəyyən sahəyə
aid verilənlər bazasının layihəsini
hazırlayır;
* müasir şəbəkə
texnologiyalarından istifadə edir;
* informasiya cəmiyyətinin
əsas əlamətlərinə dair biliklər nümayiş
etdirir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiya
prosesləri və sistemləri haqqında biliklərini nümayiş
etdirir.
1.1.1.
İnformasiya sistemlərini təyinatına görə təsnif
edir.
1.1.2.
İnformasiya sistemlərini fərqləndirir.
1.1.3. Müxtəlif
informasiya sistemlərini nümunələrlə şərh
edir.
2. Formallaşdırma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Modelləşdirmə
haqqında biliklərini nümayiş etdirir.
2.1.1. Verilmiş
informasiya prosesinin modelləşdirilməsi üçün zəruri
əlamətləri müəyyənləşdirir.
2.1.2. Verilmiş
informasiya prosesi üçün müvafiq modelləşdirmə
formasını seçir.
2.1.3. Verilmiş
informasiya prosesinin modelini qurur.
2.2. Alqoritmləşdirmə
və veb-proqramlaşdırma üzrə bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
2.2.1. Veb-layihələrin
hazırlanmasının əsas mərhələlərini
şərh edir.
2.2.2.
Seçilmiş mövzu üzrə veb-layihə
hazırlayır.
2.2.3. Veb-sayt
yaradır.
2.2.4.
Hazırlanmış veb-saytı İnternet şəbəkəsində
yerləşdirir.
3. Kompüter, informasiya və kommunikasiya
texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüter və
ystem proqramları ilə işləmək bacarıqları
nümayiş etdirir.
3.1.1. Əməliyyat
sisteminin işini idarəetmə paneli vasitəsilə müxtəlif
situasiyalara uyğun olaraq tənzimləyir.
3.1.2. Şəbəkə
proqram təminatından istifadə edir.
3.2. Tətbiqi
proqramlarla işləyir.
3.2.1. Müəyyən
sahəyə aid verilənlər bazasını layihələndirir.
3.2.2. Hazırlanmış
verilənlər bazası layihəsini nümayiş etdirir.
3.3. Müasir
kommunikasiya texnologiyaları ilə işləmək
bacarıqları nümayiş etdirir.
3.3.1. Müasir
şəbəkə texnologiyalarını izah edir.
3.3.2. Müxtəlif
İnternet xidmətlərinə aid təqdimatlar edir.
4. Cəmiyyətin
informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya
cəmiyyətinə dair biliklər nümayiş etdirir
4.1.1.
İnformasiya cəmiyyətini xarakterizə edən əsas əlamətləri
şərh edir.
4.1.2.
İnformasiya cəmiyyətini xarakterizə edən əsas əlamətlərə
aid təqdimatlar edir.
(ardı var)
Azərbaycan müəllimi.-2009.-12
iyun.-S.7.