Şagirdlər müxtəlif peşələrə yiyələnirlər

 

Bakıdakı 10 nömrəli Bakı qız peşə məktəbində görülən işlər, həyata keçirilən tədbirlər sayəsində əldə edilən nəticələr fərəh hissi doğurur. Bu, ilk növbədə, şagirdləri yaxşı oxumağa fənn müəllimlərini, istehsalat təlimi ustalarını daha yaxşı işləməyə ruhlandırır.

Peşə məktəbinin direktoru Xuraman Hacıyeva bildirir ki, bu il peşə məktəbində oxuyan 254 şagirddən 177-si təhsilini başa vurmaq üçün qadın bərbəri, manikürçü, tikişçi, tikiş avadanlığı operatoru mühasib, fərdi kompüter operatoru peşələri üzrə imtahan verəcək. Bunun üçün şagirdlər ciddi çalışırlar.

Fənn müəllimlərindən Sevda Ağayeva, Elmira Həsənova istehsalat təlimi ustalarından Sevinc Zeynalova Zarina Musayeva isə yiyələndikləri peşələri dərindən mənimsəmək üçün şagirdlərlə ciddi məşğul olurlar.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-19 iyun.-S.5.