"Ümumdünya Rəqəmli Kitabxana"
layihəsinin Azərbaycan
məktəblilərinə töhfəsi
Azərbaycan
məktəbliləri dünya mədəniyyətini
birbaşa öyrənmək üçün çox gözəl
imkan əldə etmişlər. Bu, YUNESKO-nun
"ümumdünya Rəqəmli Kitabxana" layihəsi sayəsində
mümkün olmuşdur. "ümumdünya Rəqəmli
Kitabxana" layihəsi (WDL) dünyanın ən böyük
kitabxanası olan ABŞ Konqresinin kitabxanasının əməkdaşları
tərəfindən işlənib hazırlanmışdır.
Kitabxananın
yaradılmasında YUNESKO və daha 32 təşkilat
iştirak etmişdir. Arzu edən hər bir kəs sayta
(www.wdl.org) pulsuz daxil olub dünyanın müxtəlif ölkələrinin
mədəniyyəti, elmi, ədəbiyyatı və s. sahələrə
aid çoxsaylı materiallarla tanış ola bilər. "ümumdünya
Rəqəmli Kitabxana"nın saytında təqdim olunan
obyektlərin siyahısına əlyazmalar, xəritələr,
nadir kitablar, musiqili partituralar, yazılar, filmlər, surətlər
və arxitektura çertyojları daxildir. İstənilən
obyekti asanlıqla tapmağa imkan verən funksiyalar yeddi dildə
- ərəb, çin, ingilis, fransız, portuqal, rus və
ispan dillərində fəaliyyət göstərir.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-26
iyun.-S.1.