Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fiziki tərbiyə fənn kurikulumu (V-XI siniflər)

 

Təhsil pillələri üzrə təlim nəticələri

 

Əsas təhsil pilləsi üzrə təlim nəticələri

 

1. İnformasiya təminatı və nəzəri biliklər

 

Şagird:

* hərəkətlərin və sağlamlaşdırıcı vasitələrin orqanizmə təsirini əsaslandırır;

* müxtəlif idman növlərinə aid hərəkətlərin səmərəli icra üsullarını izah edir;

* hərəkətlərin təyinatını izah edir;

* ilk tibbi yardım qaydalarını şərh edir.

 

2. Hərəki bacarıqlar və vərdişlər

 

Şagird:

* sağlamlaşdırıcı vasitələrdən sistemli şəkildə istifadə edir;

* hərəkətləri və oyunları qaydalara müvafiq qurur;

* hərəkətlərdən və bərpaedici vasitələrdən təyinatına görə istifadə edir;

* ilk tibbi yardım göstərir.

 

3. Hərəki qabiliyyətlər

 

Şagird:

* fiziki hazırlığını artırmaq üçün hərəkətlərdən və xüsusi vasitələrdən məqsədyönlü istifadə edir;

* hərəkətlərin icrası zamanı zəruri metodlar tətbiq edir.

 

4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması

 

Şagird:

* komandalı fəaliyyət zamanı öz fəaliyyətini etik normalara müvafiq qurur;

* birgə fəaliyyət zamanı öz potensialından səmərəli istifadə edir.

 

Orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri

 

1. İnformasiya təminatı və nəzəri biliklər

 

Şagird:

* hərəki qabiliyyətlərin inkişafı metodlarını izah edir;

* hərəki komplekslərin inkişafetdirici və korreksiyaedici xüsusiyyətlərini izah edir;

* bərpaedici vasitələrin və üsulların orqanizmə təsirini şərh edir.

 

2. Hərəki bacarıqlar və vərdişlər

 

Şagird:

* orqanizmin funksional sistemlərinin və orqanların iş qabiliyyətini artırmaq üçün hərəkətləri icra edir;

* hərəki fəaliyyətində əlverişli icra üsulu tətbiq edir;

* şəraitə uyğun ilk tibbi yardım göstərir;

* bərpaedici vasitələrdən səmərəli istifadə edir.

 

3. Hərəki qabiliyyətlər

 

Şagird:

* fiziki hazırlığını artırmaq üçün hərəkətlərdən və xüsusi vasitələrdən müntəzəm istifadə edir;

* hərəkətlərin icrası zamanı əlverişli metodlar tətbiq edir.

 

4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması

 

Şagird:

* hərəki fəaliyyət zamanı təqdiredici mənəvi-iradi keyfiyyətlər nümayiş etdirir.

 

Siniflər üzrə məzmun standartları

 

V SİNİF

 

V sinfin sonunda şagird:

 

* hərəkətlərin və sağlamlaşdırırıcı vasitələrin orqanizmə təsirini izah edir;

* yerinə yetirdiyi hərəkətlərin icra usulları haqqında məlumat verir;

* sağlamlığını möhkəmləndirmək üçün hərəkətlərdən və vasitələrdən istifadə edir;

* müxtəlif təyinatlı hərəkətlərin icra üsullarını nümayiş etdirir;

* yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;

* özünün təqdiredici fəaliyyətini yoldaşlarının fəaliyyəti ilə uzlaşdırır.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. İnformasiya təminatı və nəzəri biliklər

 

Şagird:

1.1. Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklərini

nümayiş etdirir.

1.1.1. Hərəkətlərin sağlamlaşdırıcı təsiri haqqında qısa informasiya verir.

1.2.1. Sağlamlaşdırıcı vasitələrin orqanizmə təsiri haqqında qısa informasiya verir.

1.2. Müxtəlif idman növlərinə aid olan hərəkətlərin icra üsulları haqqında biliklərini nümayiş etdirir.

1.2.1. Hərəkətlərin icra üsulları haqqında qısa informasiya verir.

1.2.2. Müxtəlif oyunların təyinatı haqqında qısa informasiya verir.

1.2.3. Idman növlərinin elementlərindən ibarət estafetlər haqqında informasiya verir.

1.2.4. Sadə özünümüdafiə hərəkətləri haqqında informasiya verir.

1.3. Hərəki fəaliyyətin təşkili və idarəolunmasına dair biliklərini nümayiş etdirir.

1.3.1. Sıra hərəkətləri və komandalar haqqında məlumat verir.

1.3.2. Ümuminkişaf hərəkətləri haqqında informasiya verir.

1.3.3. Hərəki qabiliyyətlər, onların inkişafı metodları haqqında informasiya verir.

1.3.4. Hərəkətlərin icrası zamanı özünənəzarət üsulları haqqında informasiya verir.

1.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik qaydaları haqqında informasiya verir.

 

2. Hərəki bacarıqlar və vərdişlər

 

Şagird:

2.1. Şagird hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.

2.1.1. Sağlamlığını möhkəmləndirmək üçün hərəkətlər və hərəkət komplekslərini icra edir.

2.1.2. Orqanizmi möhkəmləndirən sağlamlaşdırıcı vasitələri nümunələrə müvafiq tətbiq edir.

2.2. Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir.

2.2.1. Hərəkətlərin icrasında müvafiq üsullar seçir.

2.2.2. Müxtəlif təyinatlı oyunlarda iştirak edir.

2.2.3. Ayrı-ayrı idman növlərinə aid olan hərəkətləri müvafiq icra üsulu ilə yerinə yetirir.

2.2.4. Sadə kombinələşmiş estafetlərdə iştirak edir.

2.2.5. Sadə özünümüdafiə hərəkətlərini icra edir.

2.3. Hərəki fəaliyyətin təşkili və idarəolunmasına dair bacarıqlar nümayiş etdirir.

2.3.1. Sıra hərəkətlərini verilən komandalara müvafiq yerinə yetirir.

2.3.2. Ümuminkişaf hərəkətlərini nümunələrə müvafiq yerinə yetirir.

2.3.3. Hərəki qabiliyyətləri formalaşdıran hərəkətləri icra edir.

2.3.4. Gün rejimində nəbz vurğularının dinamikasını müəyyənləşdirir.

2.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik qaydalarına əməl edir.

 

3. Hərəki qabiliyyətlər* (Siniflər üzrə bu məzmun xəttinə aid normativlər "V-XI sinif şagirdlərinin hərəki qabiliyyətlər üzrə hazırlıq səviyyəsinin göstəriciləri" cədvəlində verilmişdir).

 

Şagird:

3.1.Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.

3.1.1. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq çeviklik nümayiş etdirir.

3.1.2. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.

3.1.3. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət nümayiş etdirir.

3.1.4. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət - güc nümayiş etdirir.

3.1.5. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq qüvvə numayiş etdirir.

3.1.6. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq dözümlülük nümayiş etdirir.

 

4. Şəxsiyyətin mənəvi iradi keyfiyyətlərinin formalaşması

 

Şagird:

4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.

4.1.1. Gün rejiminin yerinə yetirilməsində şüurluluq nümayiş etdirir.

4.1.2. Fəaliyyətini mövcud qaydalar çərçivəsində yoldaşlarının fəaliyyəti ilə uzlaşdırır.

 

VI SİNİF

 

VI sinfin sonunda şagird:

 

* bədən quruluşunun formalaşması və korreksiyası üçün hərəkətlərdən istifadə edir;

* əlverişli icra üsullarını fərqləndirir;

* hərəkətlərdən təyinatına görə istifadə edir;

* hərəkətlərdən istifadə zamanı müvafiq metod və icra rejimləri tətbiq edir;

* yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;

* hərəki fəaliyyət zamanı potensialını tam reallaşdırmağa səy göstərir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. İnformasiya təminatı və nəzəri biliklər

 

Şagird:

1.1. Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklərini

nümayiş etdirir.

1.1.1. Hərəkətlərin bədən quruluşuna və qamətin korreksiyasına təsiri haqqında qısa informasiya verir.

1.1.2. Səhər gimnastikasının orqanizmə sağlamlaşdırıcı təsiri haqqında informasiya verir.

1.2. Müxtəlif idman növlərinə aid hərəkətlərin icra üsulları haqqında biliklərini nümaiş etdirir.

1.2.1. Yerinə yetirilən hərəkətlərin icra üsullarını fərqləndirir.

1.2.2. Müxtəlif oyunları təyinatına görə fərqləndirir.

1.2.3. İdman növlərinin elementlərindən ibarət kombinələşmiş estafetlərin təyinatını fərqləndirir.

1.2.4. Özünümüdafiə elementlərindən istifadə haqqında informasiya verir.

1.3. Hərəki fəaliyyətin təşkili və idarəolunmasına dair bilikləri nümaiş etdirir.

1.3.1. Sıra hərəkətləri və komandalar haqqında məlumat verir.

1.3.2. Ümuminkişaf hərəkətlərini təyinatına görə fərqləndirir.

1.3.3. Hərəki qabiliyyətlərin inkişafı metodları və hərəkətlərin icra ardıcıllığını izah edir.

1.3.4. Hərəkətlərin nəbz vurğularına,tənəffüs sisteminə təsiri haqqında informasiya verir.

1.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik, özünümühafizə qaydaları haqqında informasiya verir.

 

2. Hərəki bacarıqlar və vərdişlər

 

Şagird:

2.1. Hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.

2.1.1. Bədən quruluşunun, qamətin korreksiyası üçün hərəkətləri yerinə yetirir.

2.1.2. Sağlamlaşdırıcı vasitələrdən orqanizmi möhkəmləndirmək üçün istifadə edir.

2.2. Hərəki fəaliyyətin icra üsularını mənimsədiyini nümayiş etdirir.

2.2.1. Müxtəlif təyinatlı hərəkətləri müvafiq üsullarla icra edir.

2.2.2. Müxtəlif təyinatlı oyunlarda qaydalara müvafiq fəaliyyət göstərir.

2.2.3. Ayrı-ayrı idman növlərinə aid olan hərəkətləri müvafiq icra üsulu ilə yerinə yetirir.

2.2.4.Üç və daha çox mərhələsi olan kombinələşmiş estafetlərdə iştirak edir.

2.2.5. Özünümüdafiə məqsədi ilə müvafiq hərəkətlərdən istifadə edir.

2.3. Hərəki fəaliyyətin təşkili və idarəolunmasına dair bacarıqlar nümayiş etdirir.

2.3.1. İrəliləmələri verilən komandalara müvafiq yerinə yetirir.

2.3.2. Müftəlif təyinatlı ümuminkişaf hərəkətlərini nümunələrə müvafiq icra edir.

2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün hərəkətləri zəruri ardıcıllıqla yerinə yetirir.

2.3.4. Fiziki yük zamanı ürək vurğularına əsasən özünənəzarəti həyata keçirir.

2.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik, özünümühafizə qaydalarına əməl edir.

 

3. Hərəki qabiliyyətlər

 

Şagird:

3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.

3.1.1. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq çeviklik nümayiş etdirir.

3.1.2. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.

3.1.3. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət nümayiş etdirir.

3.1.4. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət - güc nümayiş etdirir.

3.1.5. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq qüvvə numayiş etdirir.

3.1.6. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq dözümlülük nümayiş etdirir.

 

4. Şəxsiyyətin mənəvi iradi keyfiyyətlərinin formalaşması

 

Şagird:

4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.

4.1.1. Fiziki potensialını reallaşdırarkən inadkarlıq nümayiş etdirir.

4.1.2. Komandalı fəaliyyət zamanı öz yerini və rolunu müəyyən edir.

 

VII SİNİF

 

VII sinfin sonunda şagird:

 

* hərəkətlərin tənəffüs və qan-damar sisteminə təsiri haqqında məlumat verir;

* hərəkətlərin şəraitə müvafiq əlverişli icra üsullarını əsaslandırır;

* hərəkətlərdən təyinatına görə istifadə və ona nəzarət üsulları barədə məlumat verir;

* hərəki fəaliyyətində müxtəlif təyinatlı hərəkətlərdən istifadə edir;

* fiziki yükün orqanizmin funksional sistemlərinə təsirini müəyyənləşdirir;

* yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;

* oyun şəraitində mübarizlik və cəsarət nümayiş etdirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. İnformasiya təminatı və nəzəri biliklər

 

Şagird:

1.1. Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklərini

nümayiş etdirir.

1.1.1. Hərəkətlərin tənəffüs və qan-damar sisteminə təsirini izah edir.

1.1.2. Sağlamlaşdırıcı vasitələrdən istifadə qaydalarını izah edir.

1.2. Müxtəlif idman növlərinə aid hərəkətlərin icra üsulları haqqında biliklərini nümayiş etdirir.

1.2.1. Yerinə yetirilən hərəkətlərin icra üsullarını əsaslandırır.

1.2.2. Müxtəlif kombinələşmiş oyunların təşkili formalarını fərqləndirir.

1.2.3. Kombinələşmiş estafetlərin tərtibi haqqında informasiya verir.

1.2.4. Özünümüdafiə elementləri və hərəkətlərini təyinatına görə fərqləndirir

1.3. Hərəki fəaliyyətin təşkili və idarəolunmasına dair bilikləri nümaiş etdirir.

1.3.1. Sıra hərəkətləri və komandalar haqqında məlumat verir.

1.3.2. Ümuminkişaf hərəkətlərindən təyinatlar üzrə istifadə haqqında informasiya verir.

1.3.3. Hərəki qabiliyyətlərin inkişafı metodları və hərəkətlərin icra rejimi haqqında informasiya verir.

1.3.4. Hərəkətlərin orqanizmə təsirinin həftəlik dinamikası haqqında informasiya verir.

1.3.5. Hərəkətlərin təhlükəsiz icrası, özünümühafizə və idman avadanlıqlarından düzgün istifadə haqqında

informasiya verir.

 

2. Hərəki bacarıqlar və vərdişlər

 

Şagird:

2.1. Hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.

2.1.1. Tənəffüs və qan damar sistemini möhkəmləndirən hərəkətləri icra edir.

2.1.3. Sağlamlaşdırıcı vasitələrdən şəraitə müvafiq istifadə edir.

2.2. Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir.

2.2.1. Müxtəlif təyinatlı hərəkətlərin yerinə yetirilməsində səmərəli icra üsulu tətbiq edir.

2.2.2. Hərəki qabiliyyətləri inkişaf etdirən oyunları icra edir.

2.2.3. Ayrı-ayrı idman növlərinə aid olan hərəkətləri müvafiq icra üsulu ilə yerinə yetirir.

2.2.4. Dörd və daha çox mərhələsi olan kombinələşmiş estafetlərdə iştirak edir.

2.2.5. özünümüdafiə məqsədi ilə müvafiq hərəki fəaliyyət qurur.

2.3. Hərəki fəaliyyətin təşkili və idarəolunmasına dair bacarıqlar nümayiş etdirir .

2.3.1. Sıra hərəkətlərini verilən komandalara müvafiq yerinə yetirir.

2.3.2. İrəliləmələr və yerdəyişmələr zamanı ümuminkişaf hərəkətlərini icra edir.

2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün hərəkətlərin icra rejimini müəyyənləşdirir.

2.3.4. Fiziki yükün orqanizmə təsirinin həftəlik dinamikasını nəbz vurğularına əsasən müəyyənləşdirir.

2.3.5.Özünümühafizə hərəkətlərindən, idman alət və avadanlıqlarından təhlükəsiz istifadə edir.

 

3. Hərəki qabiliyyətlər

 

Şagird:

3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.

3.1.1. Hərəki fəaliyyət zamanı normativlərə çeviklik nümayiş etdirir.

3.1.2. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.

3.1.3. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət nümayiş etdirir.

3.1.4. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət - güc nümayiş etdirir.

3.1.5. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq qüvvə numayiş etdirir.

3.1.6. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq dözümlülük nümayiş etdirir.

 

4. Şəxsiyyətin mənəvi iradi keyfiyyətlərinin formalaşması

 

Şagird:

4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.

4.1.1. Mürəkkəb və ekstremal hərəkətlərin icrası zamanı cəsarət nümayiş etdirir.

4.1.2. Oyun zamanı komanda yoldaşlarının səmərəli fəaliyyəti üçün şərait yaradır.

 

VIII SİNİF

 

VIII sinfin sonunda şagird:

 

* hərəkətlərin əzələ sisteminə inkişaf etdirici təsiri haqqında məlumat verir;

* hərəki qabiliyyətlərin inkişafı metodları haqqında məlumat verir;

* əzələ sistemini formalaşdıran hərəkətlərdən məqsədyönlü istifadə edir;

* funksional göstəricilərə əsasən orqanizmə nəzarəti həyata keçirir və ilk tibbi yardım göstərir;

* yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;

* öz potensialını reallaşdırarkən qətiyyət nümayiş etdirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. İnformasiya təminatı və nəzəri biliklər

 

Şagird:

1.1. Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklərini

nümayiş etdirir.

1.1.1. Hərəkətlərin əzələ sisteminin formalaşmasında rolunu izah edir.

1.1.2. Sağlamlaşdırıcı vasitələrdən məqsədyönlü istifadə qaydalarını izah edir.

1.2. Müxtəlif idman növlərinə aid hərəkətlərin icra üsulları haqqında biliklərini nümayiş etdirir.

1.2.1. Hərəkətləri icra edərkən öz potensialından istifadə etmə imkanlarını əsaslandırır.

1.2.2. Kombinələşmiş oyunların tətbiqi haqqında informasiya verir.

1.2.3. Müxtəlif təyinatlı kombinələşmiş estafetlərin təşkili formaları haqqında informasiya verir.

1.2.4. Özünümüdafiə elementlərindən müxtəlif şəraitlərdə istifadə haqqında informasiya verir.

1.3. Hərəki fəaliyyətin təşkili və idarəolunmasına dair bilikləri nümayiş etdirir.

1.3.1. Sıra hərəkətləri və komandalar haqqında məlumat verir.

1.3.2. Ümuminkişaf hərəkətlərindən təyinatlar üzrə istifadəni izah edir.

1.3.3. Hərəki qabiliyyətlərin inkişafı metodları və hərəkətlər komplekslərinin tərtibi haqqında informasiya verir.

1.3.4. Bərpaedici və tənəffüs hərəkətlərdən istifadə haqqında informasiya verir.

1.3.5. Alət və avadanlıqlardan təhlükəsiz istifadə qaydalarını izah edir.

 

2. Hərəki bacarıqlar və vərdişlər

 

Şagird:

2.1. Hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.

2.1.1. Əzələ sistemini formalaşdıran hərəkətlərdən məqsədyönlü istifadə edir.

2.1.2. Sağlamlaşdırıcı vasitələrdən məqsədyönlü istifadə edir.

2.2. Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir.

2.2.1. Ayrı-ayrı vasitələrdən istifadə etməklə müxtəlif təyinatlı hərəkətlərin icra üsulunu təkmilləşdirir.

2.2.2. Hərəki qabiliyyətləri inkişaf etdirən kombinələşmiş oyunları yerinə yetirir.

2.2.3. Ayrı-ayrı idman növlərinə aid olan hərəkətləri müvafiq icra üsulu ilə yerinə yetirir.

2.2.4. Beş və daha çox mərhələsi olan kombinələşmiş estafetlərdə iştirak edir.

2.2.5. Müxtəlif əşyalardan və rəqibin gücündən istifadə etməklə özünümüdafiə hərəkətləri icra edir.

2.3. Hərəki fəaliyyətin təşkili və idarəolunmasına dair bacarıqlar nümayiş etdirir.

2.3.1. Sıra hərəkətlərini verilən komandalara müvafiq yerinə yetirir.

2.3.2. Ömuminkişaf hərəkətlərindən təyinatı üzrə istifadə edir.

2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün hərəkət komplekslərindən istifadə edir.

2.3.4. İntensiv yükün orqanizmə təsirini nəbz göstəricilərinə əsasən müəyyən edir.

 

2.3.5. İlk tibbi yardım göstərir.

 

3. Hərəki qabiliyyətlər

 

Şagird:

3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.

3.1.1. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq çeviklik nümayiş etdirir.

3.1.2. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.

3.1.3. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət nümayiş etdirir.

3.1.3. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət - güc nümayiş etdirir.

3.1.4. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq qüvvə numayiş etdirir.

3.1.5. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq dözümlülük nümayiş etdirir.

 

4. Şəxsiyyətin mənəvi iradi keyfiyyətlərinin formalaşması

 

Şagird:

4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.

4.1.1. Çətin və həlledici anlarda qətiyyət nümayiş etdirir.

4.1.2. Komandalı fəaliyyət zamanı öz potensialını reallaşdırarkən səy göstərir.

 

IX SİNİF

 

IX sinfin sonunda şagird:

 

* orqanizmin funksional sistemlərini möhkəmləndirmək üçün hərəkətlərdən və sağlamlaşdırıcı vasitələrdən istifadəni əsaslandırır;

* təhlükəsiz icra, özünümüdafiə və ilk tibbi yardım göstərilməsi qaydalarını izah edir;

* fiziki hazırlığını yüksəltmək üçün müxtəlif təyinatlı hərəkətlərdən istifadə edir;

* yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;

* öz vəzifəsinin icrası zamanı məsuliyyət, ətrafdakılara münasibətdə humanizm nümayiş etdirir;

* orqanizmin funksional vəziyyəti üzərində nəzarəti həyata keçirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. İnformasiya təminatı və nəzəri biliklər

 

Şagird:

1.1. Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklərini

nümayiş etdirir.

1.1.1. Orqanizmin müxtəlif funksional sistemlərini möhkəmləndirmək üçün zəruri hərəkət və hərəkət komplekslərinin əhəmiyyətini izah edir.

1.1.2. Sağlamlaşdırıcı vasitələrdən istifadənin səmərəliliyini əsaslandırır.

1.2. Müxtəlif idman növlərinə aid hərəkətlərin icra üsulları haqqında biliklərini nümayiş etdirir.

1.2.1. Hərəkətləri icra edərkən öz imkanlarını dəyərləndirir.

1.2.2. Oyunların, kombinələşmiş oyunların təyinatına görə seçilməsini izah edir.

1.2.3. Kombinələşmiş estafetlərdən istifadəni izah edir.

1.2.4.Özünümüdafiə üsullarının tətbiqi haqqında informasiya verir.

1.3. Hərəki fəaliyyətin təşkili və idarəolunmasına dair biliklərini nümayiş etdirir.

1.3.1. Sıra hərəkətləri və komandalar haqqında məlumat verir.

1.3.2. İstifadə etdiyi ümuminkişaf hərəkətlərinin təyinatını əsaslandırır.

1.3.3. Hərəkət komplekslərindən təyinatına görə istifadə haqqında informasiya verir.

1.3.4. Bərpaedici vasitələrdən istifadəni izah edir.

1.3.5. Zədələnmələr zamanı ilk tibbi yardım qaydalarını izah edir.

 

2. Hərəki bacarıqlar və vərdişlər

 

Şagird:

2.1. Hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.

2.1.1. Orqanizmin müxtəlif funksional sistemlərini möhkəmləndirən vasitələri tətbiq edir.

2.1.2. Sağlamlaşdırıcı vasitələrdən gün rejimində sistemli şəkildə istifadə edir.

2.2. Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir.

2.2.1. Müxtəlif təyinatlı hərəkətləri yerinə yetirərkən icra üsulunu öz potensialına müvafiq təkmilləşdirir.

2.2.2. Hərəki qabiliyyətləri inkişaf etdirən oyunları və kombinələşmiş oyunları icra edir.

2.2.3. Ayrı-ayrı idman növlərinə aid olan hərəkətləri müvafiq icra üsulu ilə yerinə yetirir.

2.2.4. Altı və daha çox mərhələsi olan kombinələşmiş estafetlərdə iştirak edir.

2.2.5. Rəqibin gücündən və ətalətindən istifadə etməklə özünümüdafiə hərəkətləri icra edir.

2.3. Hərəki fəaliyyətin təşkili və idarəolunmasına dair bacarıqlar nümayiş etdirir.

2.3.1. Sıra hərəkətlərini verilən komandalara müvafiq yerinə yetirir.

2.3.2. Hərəki qabiliyyətlərin inkişafı üçün müxtəlif təyinatlı ümuminkişaf hərəkətlərindən istifadə edir.

2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün hərəkət komplekslərindən müstəqil şəkildə istifadə edir.

2.3.4. Standart və dinamik yükün orqanizmə təsirini nəbz vurğularına əsasən müəyyənləşdirir.

2.3.5. Zədələnmələr zamanı ilk tibbi yardım göstərir.

 

3. Hərəki qabiliyyətlər

 

Şagird:

3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.

3.1.1. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq çeviklik nümayiş etdirir.

3.1.2. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.

3.1.3. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət nümayiş etdirir;

3.1.4. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət-güc nümayiş etdirir.

3.1.5. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq qüvvə numayiş etdirir.

3.1.6. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq dözümlülük nümayiş etdirir.

 

4. Şəxsiyyətin mənəvi iradi keyfiyyətlərinin formalaşması

 

Şagird:

4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.

4.1.1. Öz fəaliyyətində humanizm nümayiş etdirir.

4.1.2. Komandalı və fərdi fəaliyyət zamanı məsuliyyət nümayiş etdirir.

 

X SİNİF

 

X sinfin sonunda şagird:

 

* hərəki qabiliyyətlərin inkişafı metodlarından və bərpaedici vasitələrdən istifadəni izah edir;

* orqanizmin funksional vəziyyətinə nəzarət və tibbi yardım nümayiş etdirir;

* hərəki qabiliyyətlərin inkişafı və qamətin korreksiyası üçün hərəkətlərdən və vasitələrdən müstəqil istifadə edir;

* yaş qrupuna müvafiq hərəki qabiliyyət nümayiş etdirir;

* hərəki fəaliyyət zamanı səmərəli əməkdaşlıq qurur.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. İnformasiya təminatı və nəzəri biliklər

 

Şagird:

1.1. Hərəkətlərin sağlamlaşdırıcı və inkişafetdirici təsiri haqqında biliklərini nümayiş etdirir.

1.1.1. Orqanizmin ayrı-ayrı funksional sistemləri və orqanların işinə təsir göstərən hərəkətləri izah edir.

1.1.2. Əsas hərəki qabiliyyətlərin inkişafı metodlarından və qamətin korreksiyası üçün hərəkətlərdən müstəqil istifadə qaydalarını sadalayır.

1.1.3. Hərəkətlərin icrasından sonra istifadə olunacaq bərpaedici vasitələri sadalayır.

1.2. Hərəkətlərin icra üsulunun təkmilləşdirilməsi və icra şəraiti haqqında biliklərini

mümayiş etdirir.

1.2.1. Hazırlıq növlərinin təkmilləşdirilməsı yollarını sadalayır.

1.2.2. Alət və avadanlıqlardan istifadəni, özünümühafizə üsullarını izah edir.

1.2.3. Orqanizmin müvəqqəti funksional pozuntuları və zədələnmələr zamanı ilk tibbi yardım göstərilməsi

qaydalarını izah edir.

 

2. Hərəki bacarıqlar və vərdişlər

 

Şagird:

2.1. Hərəki fəaliyyətlə əlaqədar bacarıq və vərdişlər nümayiş etdirir.

2.1.1. Orqanizmin ayrı-ayrı funksiyalarının işinə təsir göstərən hərəkətləri icra edir.

2.1.2. Əsas hərəki qabiliyyətlərin inkişafı və qamətin korreksiyası üçün hərəkətləri müstəqil yerinə yetirir.

2.1.3. Hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən istifadə edir.

2.2. Hərəki fəaliyyət zamanı əlverişli icra üsullarından istifadə bacarığı nümayiş etdirir.

2.2.1. İdman növlərinə aid olan hərəkətləri səmərəli üsulla yerinə yetirir.

2.2.2. Komandalı fəaliyyəti, oyunları və estafetləri texniki tələblərə uyğun olan icra üsulu ilə yerinə yetirir.

2.2.3. Müxtəlif təyinatlı hərəkətlərin icrası zamanı əlverişli üsullar tətbiq edir.

2.2.4. Əsas hərəki qabiliyyətlərin inkişafı üçün müvafiq vasitələrdən məqsədyönlü istifadə edir.

2.2.5. Orqanizmin müvəqqəti funksional pozuntuları və zədələnmələri zamanı ilk tibbi yardım göstərir.

 

3. Hərəki qabiliyyətlər

 

Şagird:

3.1. Hərəki qabiliyyətlər nümayiş etdirir.

3.1.1. Hərəki fəaliyyət zamanı normativlərə uyğun çeviklik nümayiş etdirir.

3.1.2. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.

3.1.3. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət nümayiş etdirir.

3.1.4. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət-güc nümayiş etdirir.

3.1.5. Hərəki fəaliyyət zamanı normativlərə uyğun qüvvə nümayiş etdirir.

3.1.6. Hərəki fəaliyyət zamanı normativlərə uyğun dözümlülük nümayiş etdirir.

 

4. Şəxsiyyətin mənəvi iradi xüsusiyyətlərinin formalaşdırılması

 

Şagird:

4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.

4.1.1. Birgə fəaliyyət zamanı əməkdaşlıq nümayiş etdirir.

4.1.2. Hərəki fəaliyyət zamanı təmkinlik nümayiş etdirir.

 

XI SİNİF

 

XI sinfin sonunda şagird:

 

* orqanizmin funksional sistemlərinin möhkəmləndirilməsi, hərəki qabiliyyətlərin inkişafı metodlarının

tətbiqini izah edir;

* müxtəlif şəraitlərdə ilk tibbi yardımın göstərilməsi və bərpaedici vasitələrin tətbiqini izah edir;

* hərəki fəaliyyət zamanı əlverişli icra üsulları tətbiq edir;

* yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. İnformasiya təminatı və nəzəri biliklər

 

Şagird:

1.1. Hərəkətlərin sağlamlaşdırıcı və inkişafetdirici təsiri haqqında biliklərini nümayiş etdirir.

1.1.1. Orqanizmin ayrı-ayrı funksional sistemlərinin iş qabiliyyətini artırmaq üçün hərəkətlərin tətbiqi

qaydalarını izah edir.

1.1.2. Əsas hərəki qabiliyyətlərin inkişafı metodlarını və qamətin korreksiyası üçün hərəkətlərin

tətbiqi qaydalarını izah edir.

1.1.3. Hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən istifadə qaydalarını izah edir.

1.2. Hərəkətlərin icra üsulunun təkmilləşdirilməsi və icra şəraiti haqqında

biliklərini mümayiş etdirir.

1.2.1. Hazırlıq növlərinin təkmilləşdirilməsi üsullarını izah edir.

1.2.2. Hərəki fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq özünümühafizə üsullarının tətbiqini izah edir.

1.2.3. Orqanizmin müvəqqəti pozuntuları və zədələnmələr zamanı ilk tibbi yardımın göstərilməsi

qaydalarını izah edir.

 

2. Hərəki bacarıqlar və vərdişlər

 

Şagird:

2.1. Mənimsədiyi bacarıq və vərdişləri nümayiş etdirir.

2.1.1. Orqanizmin müxtəlif funksional sistemlərinin və orqanlarının iş qabiliyyətinə təsir göstərən

hərəkətləri icra edir.

2.1.2. Əsas hərəki qabiliyyətlərin məqsədli inkişafı üçün hərəkət komplekslərini tətbiq edir.

2.1.3. Hərəkət komplekslərinin icrasından sonra bərpaedici vasitələrdən məqsədli istifadə edir.

2.2. Hərəki fəaliyyət zamanı əlverişli icra üsullarından istifadə bacarıqları nümayiş etdirir.

2.2.1. İdman növlərinə aid olan hərəkətləri səmərəli üsulla yerinə yetirir.

2.2.2. Komandalı fəaliyyət zamanı əlverişli texniki və taktiki variantları icra edir.

2.2.3. Müxtəlif təyinatlı hərəkətlərin icrası zamanı əlverişli üsullar tətbiq edir.

2.2.4. Əsas hərəki qabiliyyətlərin inkişafı üçün əlverişli metodlardan və vasitələrdən istifadə edir.

2.2.5. Orqanizmin funksional pozuntuları və zədələnmələri zamanı şəraitə müvafiq ilk tibbi yardım göstərir.

 

3. Hərəki qabiliyyətlər

 

Şagird:

3.1. Hərəki qabiliyyətlər nümayiş etdirir.

3.1.1. Hərəki fəaliyyət zamanı normativlərə uyğun çeviklik nümayiş etdirir.

3.1.2. Hərəki fəaliyyət zamanı bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.

3.1.3. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət nümayiş etdirir.

3.1.4. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət-güc nümayiş etdirir.

3.1.5. Hərəki fəaliyyət zamanı normativlərə uyğun qüvvə nümayiş etdirir.

3.1.6. Hərəki fəaliyyət zamanı normativlərə uyğun dözümlülük nümayiş etdirir.

 

4. Şəxsiyyətin mənəvi iradi keyfiyyətlərinin formalaşdırılması

 

Şagird:

4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.

4.1.1. Hərəki fəaliyyət zamanı təqdiredici ünsiyyət nümayiş etdirir.

4.1.2. Çətin və ekstremal şəraitdə psixoloji dayanıqlılıq nümayiş etdirir.

 

 

(Ardı var)

 

Azərbaycan müəllimi.-2009.-26 iyun.-S.5.