İnformatika müəllimləri üçün
treninq
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi informatika müəllimləri
üçün treninq keçirir. Budəfəki kurslarda Qax
rayonunun ümumtəhsil məktəblərinin informatika fənnini
tədris edən müəllimləri iştirak edəcəklər.
Nazirliyin təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi
və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının
iştirakı ilə keçirilən tədris kursları
"HP" şirkəti tərəfindən dəstəklənir.
İyulun 3-də başa çatacaq tədris kursunun
üçüncü və son mərhələsinin
yekunlarına görə avtomatlaşdırılmış
qaydada test imtahanlarının keçirilməsi və "Ən
yaxşı informatika müəllimi" müsabiqəsinin
qaliblərinin müəyyən edilməsi də nəzərdə
tutulub.
Treninqlərin
keçirilməsində əsas məqsəd ölkə
Prezidentinin 2004-cü ildə imzaladığı fərmanı
ilə təsdiq edilən "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)" çərçivəsində
regionlarda rəqəmsal geriliyin aradan qaldırılması və
İKT sahəsində milli kadrların
hazırlanmasıdır. Qax rayonunun ümumtəhsil məktəblərinin
informatika fənni müəllimləri üçün
treninqlərin I və II mərhələləri yanvar və
mart aylarında keçirilib.
Gələcəkdə
belə tədris kurslarının digər regionlarda da
keçirilməsi planlaşdırılır.
ƏDALƏT
Azərbaycan müəllimi.-2009.-26
iyun.-S.1.