Çalışıram ki, uşaqların informatika fənninə olan münasibətini dəyişim

 

İnformatika fənninin Milli Kurikulumda özünəməxsus yeri var. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi, bütün fəaliyyət növlərinin mobilləşdiyi bir vaxtda informatika fənninin tədrisi mühüm əhəmiyyət kəsb edir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin lMən informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan edirəm» fikri də hazırda ümumtəhsil məktəblərində tədris olunan fənnin aktuallığını, günün tələbləri səviyyəsində tədris edilməsinin vacibliyini göstərir. Mən 1992-ci ildən Fizika-riyaziyyat təmayüllü liseydə informatika fənnini tədris edirəm. Tədris etdiyim fənnin dövlətimiz üçün strateji əhəmiyyət daşıdığını dərk etdiyim üçün buna şagirdlərimin və onların valideynlərinin ciddi yanaşmalarını görəndə çox sevinirəm. Liseyimiz təmayül məktəbi olduğuna görə şagird kontingenti çox müxtəlifdir. Şagirdlərimizin arasında şəhər məktəblərindən gələnlərlə yanaşı, bölgələrdən gələn uşaqlar da olur. Bu uşaqların və onların valideynlərinin informatika fənninə bəzən çox fərqli münasibətinin şahidi oluram. Kompüterlə davranmağı az-çox bacaran uşaqlar güman edirlər ki, informatika kompüter fənnidir və onlar artıq bu fənni bilirlər. Ona görə də hesab edirlər ki, bu fənnə artıq vaxt sərf etməyə ehtiyac yoxdur. Valideynlər də, təəssüf ki, bir çox hallarda uşağın kompüter oyunları oynamasını onun kompüteri yaxşı bilməsi kimi qiymətləndirirlər. Müasir dövrlə ayaqlaşmağı bacaran hər bir kəs bilir ki, şagirdin bilik və bacarıqlara yiyələnməsində informasiya-kommunikasiya vasitələrinin yeri ölçüyəgəlməz dərəcədə böyükdür. Sadəcə, bunu qəbul etmək lazımdır. Bunu bildiyim üçün çalışıram ki, şagirdlərin informatika fənninə münasibətini dəyişim. Bu məqsədlə mümkün vasitələrdən istifadə edirəm.

Bütün bunları nəzərə alaraq mən, elə ilk gündən işimi başqa cür qururam. 1-ci dərsdən şagirdlərin kompüterlə işləməsinə imkan yaradıram. Bu üsul həm kompüterlə davranmağı bilənlər, həm də onunla ilkin tanışlıq mərhələsində olanlar üçün maraqlıdır. İngilis və rus dillərindən tərcümə etdiyim ofis proqramlarının surətini çıxarıb onlara paylayıram. Liseyimizdə ali məktəblərə qəbul imtahanlarının 1-ci və 2-ci qruplarına yönəldilmiş siniflər var. Mən bu amilə ciddi münasibət bəsləyirəm. Dərs zamanı çalışıram ki, şagirdlərin sınaq imtahanları verəcəkləri fənlərə inteqrasiyasına nail olum. Dərslərimizdə coğrafiya fənni dərindən öyrənilən sinifdə coğrafiya fənninə, fizika fənni təmayüllü sinifdə fizika fənninə inteqrasiya edirəm. Elə mövzulara toxunuram ki, uşaqlar üçün maraqlı olsun və onlar özləri mövzunun tədqiqinə maraq göstərsinlər.

Daim öz üzərimdə işləyirəm. Məktəbimizin maddi-texniki bazasının möhkəmləndirilməsi də işimdə yüksək nəticələr əldə etməyimə kömək edir. Dərsin gedişində məktəbimizdə mövcud olan ən yeni informasiya texnologiyası avadanlıqlarından istifadə edirəm.

Məktəbimizin fəaliyyətinə dair sənədlərin kompüter texnologiyasından istifadə edilməklə tərtibinə də xeyli vaxt ayırıram. Bu, mənim öyrəndiklərimi tətbiq etmək və möhkəmləndirməkdən başqa, yeni biliklər və bacarıqlar qazanmağıma yardım edir. lTəhsil» nəşriyyatı ilə əməkdaşlıq edir, bir çox dərsliklərin və ictimai-siyasi məzmunlu kitabların nəşrə hazırlanmasında bilavasitə iştirak edirəm. 9-11-ci siniflər üçün lCoğrafiya», lİnsan və cəmiyyət», 6-9-cu siniflər üçün lAzərbaycan tarixi», 8-11-ci siniflər üçün lKimya» və s. dərsliklərin kompüter tərtibatı mənə məxsusdur.

Dərslik üzərində işləyərkən yalnız kompüter tərtibatı ilə kifayətlənmirəm, onlar barədə irad və təkliflərimi də nəşriyyatın müvafiq redaksiyalarına bildirirəm. Məsələn, hazırda ümumtəhsil məktəblərində istifadə olunan ibtidai siniflər üçün informatika dərslikləri məni çox maraqlandırdı. Yalnız redaksiya ilə deyil, dərsliyin müəllif qrupu ilə əlaqə yaratdım. Onlar mənim təkliflərimi yaxşı qarşıladılar. Bizim işbirliyimiz mənim üçün uğurlu oldu. Nəticədə 4-cü sinifnformatika" dərsliyinin rəyçilərindən biri oldum. 3-cü sinfin isə dərsliyini metodik cəhətdən işlədim. Bundan başqa, şagirdlərin informatika dərslərində istifadə etmələri üçün nəzərdə tutulmuş dəftərlərin son səhifələrində informatikaya aid əsas məlumatların tərtibini də bir mütəxəssis kimi nəşriyyat mənə həvalə etdi.

Milli Kurikulum təhsilin bilavasitə inkişafyönümlü bir proses kimi stimullaşdırılmasını tələb edir. Buna nail olmaq üçünsə yorulmadan çalışmaq lazımdır. Tam əminliklə söyləyirəm ki, kurikulumun tətbiqi ilə biz daha böyük uğurlar qazanacağıq. Bizə bu imkanları yaradan dövlətimizə, dövlət başçısına, respublika Təhsil Nazirliyinə, şəxsən bu işlərə xüsusi diqqət və qayğı ilə yanaşan cənab nazirə və bu işdə əməyi olan hər kəsə liseyimizin müəllimləri adından səmimi təşəkkürümü bildirirəm.

 

 

Səadət QULUZADƏ

 

Azərbaycan müəllimi.-2009.-26 iyun.-S.4.