Birinci Respublika Muğam müsabiqəsi başladı
Martın 5-də Azərbaycan Dövlət Kukla Teatrında I Respublika Muğam müsabiqəsinin
1-ci turu keçirildi.
Tədbirdə ölkənin
nüfuzlu muğam ustalarından ibarət münsiflər heyəti və qonaqlar iştirak edirdi. Muğam müsabiqəsinin açılış
mərasimində çıxış
edən təhsil naziri Misir Mərdanov
müsabiqə iştirakçılarını
salamlayaraq Prezident İlham Əliyevin ölkəmizdə və xaricdə apardığı
uğurlu siyasətindən,
bütün sahələrdə
olduğu kimi, incəsənət və mədəniyyətinə göstərilən
dövlət qayğısından söz açdı. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın xeyirxah işlərindən danışan
nazir muğam sənətinin inkişaf etdirilməsində xüsusi
rolunu qeyd etdi. Mədəniyyət və Turizm
Nazirliyinin bu işdə əməyini vurğulayan Misir Mərdanov 18-25 mart tarixində keçiriləcək
"Muğam Aləmi"
beynəlxalq festivalının
iştirakçılarına uğurlar arzuladı. Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxış edərək
I Respublika Muğam Müsabiqəsinin
1-ci turunda iştirak edən 27 istedadlı gəncə müvəffəqiyyətlər
arzuladı. Əminliklə
qeyd etdi ki, iştirakçılar
festivalda layiqli yerlərini qazanacaqlar. Sonda müsabiqə öz işinə başladı.
İDRİSOĞLU,
Fazil
Azərbaycan
müəllimi.-2009.-6 mart.-S.5.