2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı tədbirlər planının
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə
bağlı
tədbirlər planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
18 fevral tarixli 163 nömrəli sərəncamının icrasını
təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. 2009-cu ilin
"Uşaq ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin.
2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
4. Ümumi şöbə (İ.Mirzəyev) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
4 mart
2009-cu il
Azərbaycan müəllimi.-2009.-6
mart.-S.4.