Fənn olimpiadalarının Respublika
turunun keçirilməsi
haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Fənn olimpiadalarının Respublika
turunun mütəşəkkil
keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Fənn
olimpiadalarının Respublika
turu 18-20 aprel 2009-cu il tarixdə
Bakı şəhərində
keçirilsin.
2. Olimpiadaların
Respublika turunun iştirakçıları 18 aprel
2009-cu il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə
yerləşdirilsinlər:
- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında
- V.Xuduflu küçəsi
39, tel.: 566-65-41.
- riyaziyyat, fizika və informatika fənləri üzrə fizika-riyaziyyat və informatika təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci kvartal, tel.: 510-76-28.
- kimya və biologiya fənləri üzrə kimya-biologiya təmayüllü liseydə - 8-ci kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi 53, tel.: 423-78-42.
3. Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən iştirakçıların yerləşdiyi müəssisələrdə, informatika fənnindən isə BDU-da 19 aprel 2009-cu il tarixdə keçirilsin.
4. Olimpiadaların bağlanışı 20 aprel 2009-cu il tarixdə saat 14.00-da hər fənn üzrə iştirakçıların yerləşdiyi müəssisələrdə təşkil edilsin.
5. İqtisadiyyat şöbəsi (H.Zeynalov, Ş.Əliyev) fənn olimpiadalarının xərclər smetasını hazırlayıb 10 gün müddətinə təsdiqə təqdim etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
3 mart
2009-cu il
Azərbaycan
müəllimi.-2009.-6 mart.-S.4.