Ali məktəb tələbələrinin
XIV Respublika fənn olimpiadasının keçirilməsi
barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Respublika
ali məktəblərində
təhsil alan tələbələrin müxtəlif
fənlərə marağının
artırılması, həmin
fənlər üzrə
yüksək bilik nümayiş etdirən tələbələrin aşkar
edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə
ƏMR EDİRƏM:
1.
Ali məktəb tələbələrinin
XIV Respublika olimpiadası
riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası,
ingilis, alman, fransız və rus dilləri fənləri üzrə
2009-cu ilin mart-may aylarında
Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi ilə birgə keçirilsin.
2. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat Komitəsi və fənlər üzrə Münsiflər Heyəti yaradılsın.
3. Ali məktəb rektorlarına tapşırılsın:
3.1. Müvafiq fənlər üzrə olimpiadaya hazırlıq qrupları yaradılsın.
3.2.
Olimpiadanın I turu
2009-cu ilin arrel ayının 5-dək keçirilsin.
3.3.
Olimpiadanın I turunda
qalib çıxmış
və II tura vəsiqə almış tələbələrin siyahısı
və onların hər biri üçün
"Olimpiada iştirakçısının
anketi" 10 aprel
2009-cu ilədək Təhsil
Nazirliyinə təqdim
edilsin.
4. Olimpiadanın
II turu Bakı Slavyan Universitetinin bazasında cari ilin may ayında keçirilsin.
5.
Təhsil Nazirliyinin
Elm şöbəsinə (G.Nuseynova)
tapşırılsın:
5.1.
İqtisadiyyat şöbəsi
(H.Zeynalov) ilə birgə olimpiadanın xərclər smetası hazırlanıb təsdiq üçün təqdim
edilsin.
5.2.
Olimpiadanın mütəşəkkil
keçirilməsi üçün
lazımi tədbirlər
görulsün.
6. İctimaiyyətlə
əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi"
qəzetində və
"Təhsil xəbərləri"
məcmuəsində dərc
olunmasını təmin
etsin.
7. Əmrin
icrasına nəzarət
nazir müavini İ.Hüseynovaya həvalə
edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
2 mart
2009-cu il
Azərbaycan müəllimi.-2009.-6 mart.-S.4.