Bakı Şəhəri üzrə
Təhsil İdarəsinə,
Gəncə Şəhər
Təhsil İdarəsinə,
rayon (şəhər)
təhsil şöbələrinə,
nazirlik nəzdindəki
ümumi təhsil müəssisələrinin direktorlarına
Azərbaycan
Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414
nömrəli sərəncamı ilə təsdiq edilmiş
"Xüsusi istedada malik uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı"na əsasən, ötən il
olduğu kimi, 2009-cu ildə də riyaziyyat, fizika, kimya,
biologiya fənlərindən xüsusi istedadı ilə fərqlənən
şagirdlərin müəyyən edilməsi ilə
bağlı müvafiq tədbirlər nəzərdə
tutulur.
Bununla
əlaqədar hər bir rayon və şəhərdə
göstərilən fənlər üzrə istedadlı IX-XI
sinif şagirdlərinin iştirakı ilə seçim
turları keçirilməli, hər fəndən ən
yaxşı nəticə göstərən 2-3 nəfərin
adlı siyahısı (SAA, rayon (şəhər), məktəbin
adı, fənn, sinif, təlim dili, müəllimin SAA) elektron
variantı ilə birlikdə aprelin 20-dək nazirliyə
göndərilməlidir.
Yekun
seçim turu may ayında Bakı şəhərində təşkil
olunacaqdır. Seçim turunda IX sinif şagirdləri ayrılıqda,
X-XI sinif şagirdləri isə eyni qrupda komplektləşdiriləcəkdir.
Bu və ya digər fənn üzrə istedadlı VIII sinif
şagirdləri də seçim turunda IX sinif şagirdləri
ilə birlikdə iştirak edə bilərlər. Tədbirin
dəqiq keçirilmə vaxtı barədə sizə əlavə
məlumat veriləcəkdir.
MƏRDANOV,
Misir
Azərbaycan Respublikasının
təhsil naziri
Azərbaycan müəllimi.-2009.-6 mart.-S.4.