Təlim keyfiyyətinin təmin olunmasında əyanilik mühüm şərtdir
"Kosmos əsri", "Kompüter əsri",
"İntellekt əsri",
"Təhsil əsri"
kimi ifadələrlə
səciyyələndirilən əsrimizin, əslində
ən başlıca səciyyəvi cəhəti
problemlərin, ayrı-ayrı
ölkələrdə mövcud
olan çətinliklərin
qloballıq kəsb etməsidir. Belə məsələlərdən biri bu gün
həyati bacarıqlara
əsaslanan təhsildir.
Bu, son iyirmi ildə
dünyanın aparıcı
ölkələrində daha
qabarıq şəkildə
özünü göstərmişdir.
Odur ki, həmin sivil ölkələrdə
ictimaiyyətin dəstəyi
ilə müəllim və şagirdlər belə bir təhsilin
təşkilinə böyük
maraq göstərirlər.
Respublika
Təhsil və Səhiyyə nazirlikləri
arasında Qlobal fondun "Azərbaycanda
NİV/QİçS-ə qarşı
cavab tədbirlərinin
gücləndirilməsi" layihəsi çərçivəsində
hazırlanmış, elmi
ədəbiyyatda preventiv
təhsil proqramı kimi dəyərləndirilən,
uşaq və gənclərə güclü
təsir gücünə
malik maarifləndirici,
profilaktik xarakter daşıyan həyati bacarıqlara əsaslanan təhsil fənninin tədrisi məqsəd və vəzifələri
aktual və vacibdir: biliklər inkişafın davamlılığını
təmin etməlidir; təhsil məqsəd deyil, biliklərin, dəyərlərin, davranışın
və həyat tərzinin dəyişdirilməsi
mexanizmidir.
"Həyati bacarıqlara
əsaslanan təhsil"
kursunun tədrisində
başlıca məqsəd
məktəblilərdə sağlam
həyat tərzi və yaşamaq bacarıqlarını aşılamaq,
onlara müvafiq bilik və məlumat
verməkdir. Uşaqlara təbiətlə harmoniyada yaşamağı,
həyat keyfiyyətini
yaxşılaşdırmağı öyrətməyə, insanı,
ekoloji mühiti dəyərləndirməyə yönəldilən kurs şagirdlərə həm
də öz həyatı üçün
məsuliyyət hissi formalaşdırmalı, düşünülmüş
şəkildə sağlam
həyat tərzi seçməyi, mühitin
neqativ təsirinə müqavimət göstərməyi...
başa salmalı, mənimsətməli, öyrətməlidir.
***
Alimlər tədrisin müvəffəqiyyətini
bir sıra şərtlərlə əlaqələndirirlər. Buraya müəllimin
ümumi elmi, pedaqoji hazırlığı,
öz ixtisasını
sevməsi; tədris proqramının elmi-metodik
tutumu; dərslik və dərs vəsaitlərinin müvafiqliyi,
tədris məkanının
münasibliyi və s.
daxil edilir.
Dünya miqyaslı tədqiqatlar göstərir ki, insan oxuduğunun 10, eşitdiyinin 20, gördüyünün
30, eyni vaxtda gördüyü və eşitdiyi informasiyanın
50 faizini yadda saxlayır.
Əyani təsəvvürlərin yaranması
üçün tədris
zamanı gözlə
qavranılan əyani vəsaitə, texniki vasitələrlə göstərilən
vəsaitlərə ehtiyac
həmişə duyulur.
Xarici duyğulara təsir göstərmək yolu ilə təşkil edilən əyani təlim həyati bacarıqlara əsaslanan təhsil fənninin tədrisində daha önəmli rol oynayır. Bu baxımdan
fənn kabineti çox effektlidir.
Fənn
kabineti bir neçə məqsədə
xidmət edir:
*
Burada əyaniliyin
təmin olunmasına,
proqram materiallarının
yaxşı mənimsənilməsinə,
dərslərin canlı,
maraqlı təşkilinə
imkan verən vəsaitlər toplanır.
*
Kabinet sinfi əvəz edir, yəni dərslər burada keçilir.
*
Kabinet sinifdənxaric
tədbirlərə hazırlıq
görülən yerdir,
məktəbdənkənar işlər burada planlaşdırılır, nəticələr
burada ümumiləşdirilib
yekunlaşdırılır.
Fənnin
proqramı və müəllim üçün
tədris vəsaitini öyrəndikdən sonra müvafiq kabinet yaratmaq üçün əyani vəsaitləri aşağıdakı şəkildə
qruplaşdırdım:
1. Rəsm əsərləri.
Buraya görkəmli dövlət
adamlarının, tarixi
şəxsiyyət və
yazıçıların portretləri,
təbiət, şəhər,
kənd həyatı mövzularında illüstrasiyalar,
kino və ya teatr tamaşalarından
kadrlar, uşaq mətbuatı nümunələrinə
çəkilmiş şəkillər
və s. daxildir.
2. Heykəltəraşlıq əsərləri
(büstlər, heykəllərin
şəkilləri).
3. Ayrı-ayrı məşhur
memarlıq abidələrinin
reproduksiyaları.
4. Xəritələr.
5. Müxtəlif təbiət
təsvirləri olan şəkillər və
s.
6. Ayrı-ayrı musiqi əsərləri yazılmış
maqnitofon lent yazıları,
videomateriallar.
Kabineti təşkil edərkən
sənədli və bədii mətnlərin olmasını da nəzərdə tutmuşdum. Buraya Dövlət
himninin mətni, uşaq hüquqları ilə bağlı sənədləri dövlət
başçısının uşaq və gənclərin istedadına
diqqət və qayğısının ifadəsi
olan sərəncam və fərmanlar daxil idi.
Əyani
vəsait olaraq təbiət mənzərələrini
əks etdirən peyzajlar, müxtəlif illüstrasiyalar, portretlər,
fotoalbomlar, plakatlar və s. nəzərdə
tutuldu.
Kabinetdə fənlə bağlı tədris proqramı, müvafiq tədris vəsaiti, uşaq hüquqları ilə bağlı sənədlər,
fəal təlim üsullarının şərhi
verilən qəzet, jurnal yazıları, kitablar da olmalı
idi.
Gərgin
axtarış və səmərəli iş nəticəsində həyatımın
20 ildən çoxunu
sinif otaqlarında, yaşadığım tədris
ocağında - Bakıdakı
A.Hüseynzadə adına 20 nömrəli
məktəb-liseydə "Həyati bacarıqlara əsaslanan təhsil" kabineti yaradıldı.
Kabinetdəki materiallar aşağıdakı
bölmələr üzrə
qruplaşdırılıb:
Sağlam həyat tərzi və yaşamaq bacarığı.
Sağlamlığın qorunması.
Yoluxucu xəstəliklərdən necə
qorunmalı?
İnsan hüquqları.
Uşaq hüquqları Konvensiyası.
Sülh.
Vətəndaşlıq.
Dünyanı necə görürük?
Doğma diyarım - Azərbaycan.
Məktəb də ailədir.
İdman və gözəllik.
Təbiəti qoruyaq.
Güc birlikdədir.
Oxu materialları, qlobus, bayraqlar, hər qrup üçün küçə hərəkəti
qaydalarına aid işlər.
"Həyati bacarıqlara
əsaslanan təhsil"
stendi.
"Təhsil islahatının
əsas prinsipləri"
adlı stend.
Dövlət atributlarına həsr olunmuş stend.
"Odlar yurdu - Azərbaycan" adlı stend.
Necə sağlam olmalı? QİçS-ə
yox!
Əl işləri. "Əmək
bacarıqlı əlləri
sevir" adlı stend.
Televizor, kompüter, radiomaqnitofon.
Bir sinif otağına - fənn kabinetinə toplanmış bu əyani vəsaitlər, texniki vasitələr hər dərsin uşaq aləminə güclü və faydalı təsirlə başa çatmasını
təmin edir.
Mehparə HƏBİBLİ
Azərbaycan müəllimi.-2009.-13
mart.-S.3.