Təhsil Nazirliyində görüş
Martın 7-də təhsil naziri Misir Mərdanov Avropa İttifaqının
Təhsil və Mədəniyyət üzrə
Baş Direktorluğunun
TEMPUS üzrə nümayəndəsi
xanım Helen Skikos və Azərbaycanda Milli TEMPUS ofisinin rəhbəri Pərviz Bağırovla görüşüb.
Qonaqları səmimi salamlayan
Misir Mərdanov son illər ölkəmizdə
ali təhsilin
inkişafı sahəsində
görülən tədbirlərdən,
bu istiqamətdə atılan addımlardan danışıb. Nazir Avropa
İttifaqının TEMPUS, Erazmus-Mundus proqramları çərçivəsində aparılan işlərdən
söz açıb, ölkəmizdə bu proqramlar üzrə layihələrin sayının
artırılması məsələsinə
toxunub. Eyni zamanda nazir mövcud istiqamətdə
dəstək göstərməyə
hazır olduğunu bildirib.
Xanım Helen Skikos təmsil olunduğu qurumun fəaliyyəti, o cümlədən
müvafiq proqramlar üzrə həyata keçirilən layihələrlə
bağlı məlumat
verib. Qonaq Avropa İttifaqının
mövcud proqramları çərçivəsində Azərbaycanın
ehtiyaclarına uyğun təhsil layihələrinin həyata
keçirilməsini önə çəkib. Eyni zamanda qonaq "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
görülən işlərdən məlumatı olduğunu
qeyd edib.
Qarşılıqlı anlaşma şəraitində keçən
görüşdə gələcək
əməkdaşlıq, Təhsil
Nazirliyinin TEMPUS proqramının
layihələrində birbaşa
iştirakı, müvafiq
işçi qrupun səmərəli fəaliyyət
göstərməsi, Avropa
İttifaqı ekspertlərinin
iştirakı ilə
"dəyirmi masa"
keçirilməsi və
digər məsələlər
müzakirə olunub.
Azərbaycan müəllimi.-2009.-13 mart.-S.2.