Sumqayıtda dərslik müəllifləri ilə görüş keçirildi

 

 

Martın 14- Sumqayıt Şəhər Təhsil Şöbəsində respublikanın ümumtəhsil məktəbləri üçün Milli Kurikulum əsasında hazırlanmış I sinif dərslik komplektlərinin tətbiqi ilə əlaqədar ibtidai sinif müəllimləri ilə dərslik müəlliflərinin görüşü keçirildi.

Tədbiri giriş sözü ilə Təhsil Nazirliyinin Dərslik nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı açaraq bildirdi ki, son illər Azərbaycan təhsilinin beynəlxalq təhsil sisteminə inteqrasiyası istiqamətində böyük işlər görüldüyünün şahidiyik. Yeni dərsliklərin yaradılması sahəsində görülmüş işləri təhsilimizin ən böyük nailiyyəti adlandırmaq olar.

Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar I siniflər üçün hazırlanmış dərslik komplektlərinin müəllimlərin fəaliyyətində böyük əhəmiyyət kəsb etdiyini deyən F.Şahbazlı bu tədris vəsaitlərinin ciddi ekspert yoxlamalarından keçirilərək təsdiq olunduğunu vurğuladı.Dərslik nəşriyyat şöbəsinin müdiri ümumi işin səmərəliliyi naminə gələcəkdə buraxılmış nöqsanların təkrar olunmaması üçün müəllimlərdən bu komplektlərə obyektiv münasibətlərini bildirməyi xahiş etdi.

14 nömrəli orta məktəbin müəllimi Fatma Nəsiyyəti bildirdi ki, 42 ildir müəllim işləyirəm. "Ana dili" dərsliyi tərtibatına görə çox yaxşıdır. Riyaziyyatdan "Ədəd oxu" mövzusu sadədən mürəkkəbə doğru elə verilib ki, bu, uşaqların yaddaşına həmişəlik həkk olunur. ümumiyyətlə, I sinif ("Riyaziyyat-1", "Həyat bilgisi", "İnformatika" "Rus dili") dərslikləri fənn kurikulumlarının tələblərinə uyğundur, düzgün və ardıcıl struktura malikdir, mövzular çalışmalar şagird təfəkkürünün inkişafına kömək baxımından normal seçilmişdir.

27 nömrəli orta məktəbin əməkdar müəllimi Xalidə İsgəndərova qeyd etdi ki, yazılmış dərsliklər şagirdlərin yaş, qavrama bilik səviyyələrinə uyğundur. Bu dərsliklər şagirdlərin yaradıcı təfəkkürünü, idrakını, bilik, bacarıq səviyyəsini düşünmə qabiliyyətini inkişaf etdirir.Verilmiş tapşırıqlar şağirdi düşündürməyə sövq edir.

43 nömrəli orta məktəbin müəllimi Humay Ramazanova bildirdi ki, müzakirəsinə yığışdığımız dərsliklərin müəllifləri bu işin öhdəsindən bacarıqla gələ biliblər. O təklif etdi ki, I sinfə gələn şagirdlərin hamısı bağça təlimi görmədiyindən yaxşı olar ki, "Ana dili" dərsliyində işlədilən çətin sözlərin yazılışı kitabın son səhifəsində verilsin.

34 nömrəli orta məktəbin müəllimi Dilarə İsgəndərova dedi ki, dərslik fənlər arasında əlaqəyə imkan yaratmalıdır. "Ana dili" dərsliyində elə sözlər var ki, tələffüzündə şagirdlər çətinlik çəkirlər. I sinfin riyaziyyat dərsliyi ilə işləmək müəyyən çətinliklər yaradır. Dərslikdə çoxlu sayda rəngləmək üçün material verilmişdir. Bir dərs saatı ərzində buna nail olmaq çox çətindir.Dərsliyin təkmilləşdirilməsinə ehtiyac duyulur.

6 nömrəli orta məktəbin müəllimi Fikrət Nəzərov əsasən iradlarını bildirərək qeyd etdi ki, "Ana dili" dərsliyində "Göy göl" sözü bir yerdə bir cür, digər yerdə ayrı cür yazılıb. Müəlliflər bəzən yerində olmayan suallar qoyublar. Məsələn: "Analı uşaqla anasız uşağın fərqi nədir" sualı məqsədəuyğun deyildir.

16 nömrəli orta məktəbin müəllimi Təranə Səmədova qeyd etdi ki, "Riyaziyyat-1" dərsliyi sinif müəllimləri tərəfindən yaxşı qarşılanmışdır. Bu dərsliyin uğuru onun dilinin sadəliyində, başqa fənlərlə əlaqələndirilməsində, məntiqində, şagird təfəkkürünün inkişafına imkan yaratmasındadır.

6 nömrəli orta məktəbin müəllimi Rəna Rzayeva bildirdi ki, "Riyaziyyat" dərsliyinin tərtibatı yaxşıdır.Lakin "Ana dili" dərsliyində hərflərin öyrədilməsində əyanilik kimi verilmiş "əsgər", "dovşan", "qaranquş" "quzu" şəkilləri ilə onların əsilləri arasında oxşarlıq azdır. I siniflər üçün "Riyaziyyat", "İnformatika" "Həyat bilgisi" dərslikləri şagirdlər, müəllimlər təhsilə marağı olan hər bir kəs üçün gözəl hədiyyədir.

9 nömrəli orta məktəbin müəllimi Mədinə Cabbarova qeyd etdi ki, "Riyaziyyat", "Həyat bilgisi" "İnformatika" dərsliklərinin tərtibi normaldır müəlliflər dərslikdə qoyulmuş məqsədə yetişməkdə olan şəxsiyyətin ətrafında baş verən dəyişiklikləri görməyi, anlamağı bu dəyişikliklərlə həmahəng inkişaf etməyi bacarmaq vərdişlərinin formalaşması üçün kifayət qədər mətnlər, illüstrasiyalar vermişlər.

19 nömrəli orta məktəbin müəllimi Firuzə Həmidova dedi ki, dərsliklərimizin hazırlanmasında orta məktəb müəllimlərinə daha geniş yer verilib . Məişət avadanlıqları mənbələri (qaz, işıq, su) ilə ehtiyatlı davranış normalarının, yol hərəkəti qaydalarının "Ana dili" dərsliyində öz əksini tapması müəllim valideynlərin ürəyincədir. çünki mövzulara aid misallar seçiləndə uşaqların dünyagörüşü nəzərə alınmalıdır.

29 nömrəli orta məktəbin müəllimi Əsmayə İsmayılova I sinif üçün "Riyaziyyat-1" dərsliyini ideya, məzmun formanın vəhdəti baxımından qarşıya qoyulan məqsədə doğru aparan düzgün yol kimi qəbul etdiklərini diqqətə çatdırdı. Qeyd etdi ki, xüsusən "İnformatika" dərsliyi bu baxımdan şagirdlərə İKT-nın proqramlarının aşılanması üçün yaxşı vəsaitdir. Sonra dəvət olunmuş dərslik müəlliflərindən Rafiq Yusifoğlu ("Ana dili"), Gülər Mehdiyeva ("Həyat bilgisi"), Nayma Qəhrəmanova, Cəmilə Əsgərova ("Riyaziyyat-1") Rafiq İsmayılov (naşir) dərsliklərlə əlaqədar deyilmiş fikirlərə öz münasibətlərini bildirərək müəllimləri maraqlandıran suallara aydınlıq gətirdilər.

Zaur İsayev (naşir) ibtidai siniflərdə informatika, həyat bilgisi, musiqi təsviri incəsənət dərslərində interaktiv təlim metodlarından istifadə qaydalarına aid diskdə hazırlanmış materialları kompüter vasitəsilə ekranda nümayiş etdirdi.

Bu tədbirdə istər müəllimlər, istərsə dərslik müəllifləri belə görüşlərin böyük əhəmiyyət kəsb etdiyindən, yeni dərsliklərin yaranmasında, onların gələcəkdə daha da təkmilləşdirilməsində uğurlu nəticələr əldə edilməsinə əminlik ifadə etdilər.

Tədbiri Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov yekunlaşdırdı.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-20 mart.-S.5.