Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Respublika ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Ali məktəb tələbələrinin XIV Respublika olimpiadası riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız rus dilləri fənləri üzrə 2009-cu ilin mart-may aylarında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilsin.

2. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat Komitəsi fənlər üzrə Münsiflər Heyəti yaradılsın.

3. Ali məktəb rektorlarına tapşırılsın:

3.1. Müvafiq fənlər üzrə olimpiadaya hazırlıq qrupları yaradılsın.

3.2. Olimpiadanın I turu 2009-cu ilin arrel ayının 5-dək keçirilsin.

3.3. Olimpiadanın I turunda qalib çıxmış II tura vəsiqə almış tələbələrin siyahısı onların hər biri üçün "Olimpiada iştirakçısının anketi" 10 aprel 2009-cu ilədək Təhsil Nazirliyinə təqdim edilsin.

4. Olimpiadanın II turu Bakı Slavyan Universitetinin bazasında cari ilin may ayında keçirilsin.

5. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Nuseynova) tapşırılsın:

5.1. İqtisadiyyat şöbəsi (H.Zeynalov) ilə birgə olimpiadanın xərclər smetası hazırlanıb təsdiq üçün təqdim edilsin.

5.2. Olimpiadanın mütəşəkkil keçirilməsi üçün lazımi tədbirlər görulsün.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə edilsin.

 

 

Misir MƏRDANOV

 

Azərbaycan müəllimi.-2009.-13 mart.-S.2.