Amerikalı musiqiçi ilə görüş
Martın 19-da Azərbaycan Milli Konservatoriyasının nəzdindəki
Musiqi Kollecində Amerika Birləşmiş Ştatlarının musiqiçisi
Cefri Verbakın kollecin tələbələri
ilə görüşü
keçirilmişdir. Konsertdən
öncə qonaq Musiqi Kollecinin otaqlarını gəzdi, korifey sənətkarların
şəkilləri ilə
Beynəlxalq Muğam festivalının
iştirakçısı olan
Cefri Verbak Musiqi Kollecinin səhnəsində növbə
ilə tar və kamançada "Dilkəş",
"Zabul", "Şur",
"Segah" və
"çahargah" muğamlarını
yüksək peşəkarlıqla
ifa etdi. Maraqla qarşılanan konsertdə
qonaq Azərbaycan dilində muğamın sirlərindən də danışdı.
Məlumat üçün qeyd edək ki, Cefri
Verbak Amerika vətəndaşıdır. Yəhudi
millətindən olan qonağın əsl peşəsi arxitektor-dizaynerdır.
Tar və kamana marağı ilk dəfə
1972-ci ildə yaranıb.
Amerikada olan muğam sənətkarlarının
konsertində iştirak
etdikdən sonra həmin alətləri çalmağa başlayıb.
İlk dəfə
1989-cu ildə Bakıda
olanda kamança ustası Ədalət Vəzirov və tarçalan Zamiq Əliyevlə
Qonağa
yeni yaradıcılıq
uğurları arzulayırıq.
Fazil İDRİSOĞLU
Azərbaycan müəllimi.-2009.-20
mart.-S.5.