Yaşlıların təhsilinə dair konfrans

 

Aprelin 30-da Azərbaycan Müəllimlər İnstitutunda "Müasir şəraitdə yaşlıların təhsili: problemlər və perspektivlər" mövzusunda respublika elmi konfransı keçirildi.

Plenar iclası Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq müasir şəraitdə təhsilin mühüm məsələlərindən birinə həsr olunmuş elmi konfransın "Yaşlıların təhsili XXI əsrin açarıdır" şüarı altında keçirildiyini bildirdi. Mövzu ilə bağlı müəyyən fikirlərini söyləyən rektor çıxış üçün sözü təhsil naziri Misir Mərdanova verdi.

Təhsil naziri yaşlıların təhsili ilə bağlı respublika elmi konfransının keçirilməsini yüksək qiymətləndirərək bu məsələnin son dərəcə aktual olduğunu hamı üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Nazir qeyd etdi ki, yaşlıların təhsili ömür boyu təhsil sisteminin tərkib hissəsi olmaqla, vətəndaşların cəmiyyətdə iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesidir. Avropa ölkələrində yaşlıların təhsili insanların davamlı məşğulluğunu fəal vətəndaş mövqeyini təmin edən təhsil sistemi yaxud da təhsil sisteminin tərkib hissəsi kimi başa düşülür. Son 10 il ərzində yaşlıların təhsili beynəlxalq təşkilatların da diqqət mərkəzində olmuşdur. Bununla bağlı bir sıra beynəlxalq konfranslar keçirilmiş çox mühüm sənədlər qəbul edilmişdir. Nazir bunlardan bir neçəsini konfrans iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, 2002-ci ildən başlayaraq Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu Azərbaycanda yaşlıların təhsili üzrə bu günə qədər 30-a yaxın tədbir həyata keçirib.

Təhsil naziri daha sonra yaşlıların təhsili ənənəvi təhsil arasındakı fərqlərdən danışdı, yaşlıların təhsili kontingentinə aid oluna bilən sosial-demoqrafik qruplardan söz açdı. Nazir dedi ki, müxtəlif ölkələrin bu sahədə təcrübəsinin təhlili cəmiyyət inkişaf etdikcə təhsilə tələbatın artmaqda olduğunu göstərir. Belə olan halda, yaşlıların təhsili bir tərəfdən məqsədə, digər tərəfdən fəaliyyətin obyektinə çevrilməkdədir. Hər bir insan cəmiyyətin iqtisadi, sosial, mədəni siyasi həyatında fəal iştirak etmək üçün öz peşə bilik bacarıqlarını, şəxsi keyfiyyətlərini kəmiyyət keyfiyyət baxımından daim yeniləşdirməlidir. İnsanlar çalışmalıdırlar ki, bilik bacarıqları zamanın tələbinə uyğun olsun.

Yaşlıların təhsili ilə bağlı bir sıra digər mühüm məsələlərə toxunan təhsil naziri bu istiqamətdə aparılan təhlillərin nəticələrindən, həmçinin əldə olunan nailiyyətlərdən bəhs etdi. Nazir çıxışında ixtisasartırma yenidənhazırlanma təhsilinə xüsusi toxundu, bununla bağlı Təhsil Nazirliyində görülən işlərdən ətraflı söz açdı. çıxışının sonunda ölkəmizdə yaşlıların təhsili sisteminin təkmilləşməsi üzrə bir sıra təklifləri konfrans iştirakçılarının diqqətinə çatdıran nazir Misir Mərdanov konfransın işinə uğurlar arzuladı.

Sonra AMİ-nin Təhsilin idarəedilməsi kafedrasının müdiri, professor Ramiz Məmmədzadə "Azərbaycanda yaşlıların təhsilinin müasir problemləri", ADPU-nun Kompüter mərkəzinin direktoru, dosent İlham Əhmədov "Distant pedaqoji təhsilin konseptual təşkilati problemləri" mövzularında məruzələr etdilər.

Təhsil nazirinin müavini İsgəndər İsgəndərov yaşlıların təhsili, distant təhsillə bağlı öz fikir mülahizələrini söylədi, müəyyən məsələlərə aydınlıq gətirdi iştirakçılara konfransın işində fəal olmağı tövsiyə etdi.

Plenar iclasdan sonra respublika elmi konfransı öz işini bölmələrdə davam etdirdi.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.-2009.-1 may.-S.2.