Gəncə Dövlət Universitetinin
70 illik yubileyinə həsr olunmuş tədbir
Aprelin 27-də Gəncə Şəhər İcra Hakimiyyətinin akt zalında Gəncə Dövlət Universitetinin 70-illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi.Tədbir iştirakçıları əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq universitetin 70-illik yubileyi münasibətilə təhsil ocağında çalışan bütün əməkdaşları təbrik etdi, xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdikləri əvəzsiz qayğı və diqqətdən danışdı.
Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov təhsil ocağının yetmiş il ərzində keçdiyi yola nəzər salaraq qeyd etdi ki, hazırda universitetdə 8 fakültə, 10 şöbə - aspirantura, doktorantura, magistratura, qiyabi, informasiya və kommunikasiya texnologiyaları, xarici əlaqələr, kadrlar, nəşriyyat, tədris-metodiki xüsusi şöbə fəaliyyət göstərir.
Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, bu gün Gəncə Dövlət Universitetinin 70 yaşı tamam olur. ölkə üçün müəllim kadrlarının hazırlanmasında qocaman təhsil ocağının xidmətləri çox böyükdür. Ona görə də universitet respublikanın ali təhsil ocaqları sırasında özünəməxsus layiqli yer tuta bilib. Gəncə Dövlət Universitetinin elmi tədqiqatların təşkili və tətbiqi istiqamətində geniş təcrübə qazandığını qeyd edən nazir ölkənin tanınmış alimlərindən akademik Məmmədağa Şirəliyev, professorlar Əli Sultanlı, Sadiq Hüseynov və digər görkəmli ziyalıların ilk addımlarını bu təhsil ocağında atdıqlarını qeyd etdi.
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə Dövlət Universitetinin əməkdaşlarına verilən mükafatları nazir Misir Mərdanov təqdim etdi və onlara uğurlar arzuladı.
Tədbirdə Azərbaycan
Dövlət İqtisad
Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil
məsələləri daimi
komissiyasının sədri,
professor Şəmsəddin
Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Azərbaycan
Tibb Universitetinin rektoru, professor Əhliman Əmiraslanov, Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru,
professor Seyfəddin Qəndilov, xalq şairi Zəlimxan Yaqub, Gürcüstan, Türkiyə və digər ölkələrdən
gələn qonaqlar çıxış edərək
yubiley münasibətilə
universitetin rəhbərliyini
və müəllim-tələbə kollektivlərini
təbrik etdilər.
Təltif olunanların adından universitetin prorektoru Nadir İbadov müəllim əməyinə
göstərdiyi diqqət
və qayğıya görə ölkə başçısına kollektiv
adından minnətdarlığını
bildirdi.
Həmin gün qonaqlarla birlikdə Gəncədə
Nizami və Cavadxan məqbərəsini
ziyarət edən Misir Mərdanov M.C.Paşayev adına 39 nömrəli və C.Cabbarlı adına 6 nömrəli orta məktəblərə də
baş çəkdi.
Günün ikinci
yarısında Gəncə
Dövlət Universitetində
təşkil olunan
"dəyirmi masa"da Azərbaycanda təhsil islahatlarının
həyata keçirilməsindən
və təhsil işçiləri qarşısında
duran mühüm vəzifələrdən söhbət
açıldı. Diskussiya
şəklində keçən tədbirdə
təhsil naziri Misir Mərdanov universitetin 13 əməkdaşını
Azərbaycanın "Qabaqcıl
təhsil işçisi"
döş nişanı
ilə təltif etdi.
Sonda M.C.Paşayev muzeyində Cəncə Dövlət Universitetinin 70-illik yubileyinə
həsr olunmuş konsert oldu.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-2009.-1 may.-S.2.