"Milli dövlətçiliyimizin qurucusu,
memarı" mövzusunda
"açıq dərs"
Aprelin 22-də Yasamal Rayon İcra Hakimiyyətinin Heydər Əliyev məktəb-muzeyində Bakıdakı 158 nömrəli orta məktəbin X sinif şagirdlərinin iştirakı ilə "Heydər Əliyev milli dövlətçiliyimizin qurucusu, memarıdır" mövzusunda "açıq dərs" keçildi.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "açıq dərs"də məktəbin tarix müəllimi mövzu haqqında şagirdlərə məlumat verdi. Şagirdlər qrup şəklində dahi şəxsiyyətin müasir Azərbaycanın inkişafı yolunda tarixi xidmətlərindən, böyük sərkərdə kimi öz xalqı qarşısındakı xilaskarlıq missiyasından danışdılar. Onlar Azərbaycan xalqının, eləcə də Türk dünyasının böyük oğlu Heydər Əliyev haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Sonra şagirdlər çəkdikləri gözəl rəsmlərlə ümummilli lider Heydər Əliyevə olan böyük sevgilərini bir daha nümayiş etdirdilər. Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş filmin nümayişi ilə başa çatdı.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.-2009.-1
may.-S.1.