"Mavi gözlü, al duvaqlı, yaşıl donlu"

 

Bakıdakı 189 nömrəli orta məktəbdə "Vətən dərsləri"nin keçilməsi ənənə halını alıb. Məktəbdə təşkil olunan sayca doqquzuncu növbəti tədbir "Mavi gözlü, al duvaqlı, yaşıl donlu" adlanırdı. "Vətən dərsləri" görkəmli yazıçı-dramaturq C.Cabbarlının 110 illiyinə həsr olunmuşdu.

Mərasimi giriş sözü ilə açan məktəbin dil-ədəbiyyat müəllimi Şəhla Gündüz C.Cabbarlının həyat və yaradıcılığından bəhs etdi, dramaturqun əsərləri, dostluq etdiyi görkəmli şəxsiyyətlər, onların ədib haqqında yazdıqları xatirələrdən söz açdı.

Sonra "İstedad" studiyasının üzvlərinin ifasında dramaturqun əsərlərindən parçalar səsləndi, tamaşalar nümayiş olundu.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.-2009.-8 may.-S.8.