Müsabiqənin qalibləri mükafatlandırıldı
46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzində DYP ilə birgə mayın 8-də keçirilən "Yol hərəkəti qaydaları və mən" adlı müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmişdi.
10 nominasiyada 100-ə yaxın şagirdin iştirak etdiyi rəsm müsabiqəsində DİN Baş Dövlət Yol Polis İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov çıxış edərək ümummilli lider Heydər Əliyevin öz vətəninə, xalqına, dövlətçiliyə, xüsusilə təhsilə göstərdiyi misilsiz xidmətlərindən danışdı.
Bu siyasi kursun ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.
Müsabiqənin keçirilməsinin vacibliyinə toxunan R.Zeynalov tədbirin maraqlı təşkil olunmasında əməyi olanlara minnətdarlığını bildirdi.
Sonda rəsm müsabiqəsinin bütün iştirakçıları və qalibləri müvafiq olaraq diplom və hədiyyələrlə mükafatlandırıldı.
Qaliblər bu il Qazaxıstanda keçiriləcək "Gənc inspektorlar" rəsm müsabiqəsində Azərbaycanı təmsil edəcəklər.
Fazil
İDRİSOĞLU
Azərbaycan müəllimi.-2009.-15
may.-S.7.