Zamanın dühası
Naxçıvan Dövlət Universitetinin Heydər Əliyev lektoriyasının
növbəti, 123-cü məşğələsi
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə
həsr olunmuş respublika elmi konfransı şəklində
keçirildi.
"Heydər
Əliyev siyasi kursu: böyük siyasət və dinamik inkişaf" mövzusunda respublika elmi konfransını giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq Heydər Əliyev ideyalarının,
irsinin öyrənilməsinin
Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi baxımından əhəmiyyətindən
danışdı. Millət vəkili
XX əsrin görkəmli
siyasi şəxsiyyətlərindən
olan Heydər Əliyevin Azərbaycanın
müstəqillik qazanması
və dinamik inkişafı uğrunda möhtəşəm fəaliyyətindən,
dövlət müstəqilliyinin
və ölkədaxili
siyasi sabitliyin qorunmasındakı, xarici siyasi-iqtisadi əlaqələrin
qurulmasındakı misilsiz
xidmətlərindən söz açdı. Natiq ulu öndərin azərbaycançılıq ideologiyasının
və siyasi kursunun ölkə başçısı, dünyada
tanınmış gənc
siyasi lider İlham Əliyev tərəfindən ləyaqətlə
davam etdirildiyini vurğuladı.
Universitetin tərbiyə
işləri üzrə
prorektoru, fəlsəfə
elmləri doktoru Məmməd Rzayev "Heydər Əliyev və milli mənəvi
dəyərlərin inkişaf
dialektikası" mövzusunda
məruzə edərək
unikal siyasi təfəkkürə, sarsılmaz
milli məfkurəyə
malik Heydər Əliyevin Azərbaycanın
mənəvi dəyərlərinin
qorunub saxlanılmasındakı,
milli tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın
inkişafındakı, gənclərdə
milli mənəvi şüurun formalaşmasındakı
əvəzsiz rolundan danışdı.
Məruzələrdə ulu
öndər Heydər
Əliyevin milli müstəqilliyin əldə
olunmasındakı tarixi
liderlik missiyasından,
yürütdüyü uğurlu
daxili və xarici siyasət nəticəsində Azərbaycanın
dünya dövlətləri
ilə bir sırada sürətlə
inkişaf etməsindən
bəhs edildi.
Konfransda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs
edən slayd və kitab sərgisi
də nümayiş etdirildi.
Mehriban SULTAN
Azərbaycan
müəllimi.-2009.-15 may.-S.2.