Ölkəmizin 52 bölgəsində
milli qiymətləndirmənin tədqiqat mərhələsi
keçiriləcək
12 may 2009-cu il tarixindən başlayaraq ölkəmizin 52 bölgəsində
milli qiymətləndirmənin
tədqiqat mərhələsi
keçirilir. 2009-cu il
mayın 28-dək yekunlaşdırılması nəzərdə
tutulan bu tədqiqat , hər birində 30 şagird olmaqla, ölkənin seçilmiş 216 ibtidai,
əsas və orta məktəblərinin IV və XI siniflərində aparılacaq.
Şagirdlərin bilik
və bacarıqları
ana dili və riyaziyyat fənləri üzrə yoxlanılacaq.
Milli qiymətləndirmədə yalnız
şagirdin bilik səviyyəsi deyil, həmçinin ona təsir edən amillər öyrənildiyindən
şagirdlər, məktəb
direktorları, valideynlər
və müəllimlər
üçün anket
sorğuları da hazırlanıb.
2009-cu il mayın 12-dən Bakı şəhərinin,
Abşeron və Qobustan rayonlarının seçilmiş məktəblərində
milli qiymətləndirmə
tədqiqatları başlanıb
Azərbaycan müəllimi.-2009.-15 may.-S.2.