"İnformatika-1"
dərslik komplekti
İKT müsabiqəsinin "Ən yaxşı kitab" nominasiyası üzrə qalibi oldu
Ümumdünya Telekommunikasiya
və İnformasiya Cəmiyyəti Günü
münasibətilə Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin
elan etdiyi müsabiqə başa çatmışdır.
Yeni kurikulum əsasında
"Bakı" nəşriyyatı
tərəfindən hazırlanmış
1-ci siniflər üçün
"İnformatika" dərsliyi
və İNFO-KO multimedia
tədris vəsaiti (İnternet versiyası: www.pixart.ws/infoko) müsabiqənin qalibi olmuşdur. Müəllifləri
İsmayıl Sadıqov,
Naidə İsayeva və Fatma Hacıyeva
olan bu komplekt
məktəblərdə artıq
çox böyük uğurla istifadə edilir.
Qalibin müəyyən
edilməsi 2 mərhələdən
ibarət səsvermə
yolu ilə həyata keçirilmişdir.
1-ci mərhələdə iki aya yaxın
müddət ərzində
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin rəsmi saytında ictimai səsvermə keçirilmişdir. Digər rəqiblərindən üstünlük
qazanmış komplekt
2-ci mərhələyə keçmişdir.
2-ci mərhələdə isə
finala çıxmış
nominantlar arasından qalib İKT sahəsində
respublikanın ən nüfuzlu professor, alim və mütəxəssislərindən
ibarət münsiflər
heyəti tərəfindən
müəyyən olunmuşdur.
Bu mərhələdə
də üstünlük
qazanmış dərslik
komplekti və
İNFO-KO diski münsiflər
heyətinin qərarı
ilə müsabiqənin
qalibi elan edilmişdir.
"İnformatika-1"
dərslik komplekti və İNFO-KO multimedia diski müasir İKT-nin cəmiyyətə
çatdırılması, İKT-nin respublikada inkişafı və müasir İKT-nin cəmiyyətdə populyarlaşdırılması
işində Təhsil
Nazirliyinin respublika ictimaiyyətinə verdiyi böyük töhfədir.
Mükafatın rəsmi təqdimetmə
mərasimi 16 may
2009-cu il tarixdə ümumdünya Telekommunikasiya
və İnformasiya Cəmiyyəti Günü
münasibətilə təşkil
olunmuş tədbirdə
keçiriləcəkdir.
Biz "Bakı" nəşriyyatını,
onun müəllif və yaradıcı kollektivini təbrik edir və onlara
yeni uğurlar diləyirik.
Azərbaycan müəllimi.-2009.-15 may.-S.7.