Uşaq-gənclər idman məktəbləri arasında respublika futbol turnirinin keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, uşaq və yeniyetmələr arasında futbol idman növünün daha da inkişaf etdirilməsi, onlar arasında dostluq və idman əlaqələrinin inkişaf etdirilməsi məqsədilə

 

Əmr edirəm:

 

1. 2009-cu ilin noyabr ayında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəbləri arasında futbol üzrə I respublika turniri keçirilsin.

2. Turnirin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq olunsun.

3. "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktor müavini, futbol üzrə respublika dərəcəli hakim Vaqif Ayvazov yarışın baş hakimi təyin edilsin.

4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A. İbrahimov) turnirin yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilati işlər həyata keçirsin.

5. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin müdirləri zona yarışlarının yüksək səviyyədə təşkilini, zona və final yarışında iştirak edəcək komandaların ezamiyyə xərclərinin ödənilməsini təmin etsinlər.

6. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) turnirin qaliblərinin mükafatlandırılması üçün 1500 manat vəsait ayrılmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.

8. Ümumi şöbə (İ.Mirzəyev) əmr, əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini və qaliblər üçün hədiyyələrin vaxtında alınmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini Elmar Qasımova həvalə edilsin.

 

 

Misir MƏRDANOV

 

27 oktyabr 2009-cu il

 

Azərbaycan müəllimi.-2009.-6 noyabr.-S.4.