"Qaynar xətt" xidmətinə sentyabr-oktyabr aylarında 62 müraciət daxil olub

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks 496-37-61; e-mail: qaynar-xett@edu.gov.az) 2009-cu ilin sentyabr-oktyabr aylarında 62 müraciət daxil olmuşdur. Müraciətlərdən 3-ü sorğu xarakterli olmuşdur.

"Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 29, məktəbəqədər tərbiyə müəssisələrindən 7 (cəmi 36), Gəncə Mingəçevir şəhər ümumtəhsil məktəblərindən 1, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Yardımlı, Masallı və Quba rayon ümumtəhsil məktəblərinin hər birindən 2, Biləsuvar, Şamaxı, Daşkəsən, Tovuz, Ağstafa, Qazax, Xaçmaz, Zaqatala rayonlarının hər birindən bir müraciət daxil olmuşdur.

Bu müraciətlərdə yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində yaranan problemlərdən bəhs olunur. Belə ki, müəllimlər arasında dərs yükünün bölgüsü, valideynlərin yaşayış yerinin dəyişməsi ilə əlaqədar şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, şagirdlərin dərsliklə təminatı, müəllimlərin əməkhaqqının hesablanması, məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulu s. məsələlər həmin müraciətlərdə yer almışdır.

3 nömrəli Bakı Peşə Liseyi ilə əlaqədar daxil olan 1 müraciət şagird qəbulu ilə bağlı olmuşdur. Daha 3 müraciət orta ixtisas məktəbləri ilə əlaqədardır. Belə ki, Şəki Dövlət Texniki Kolleci, Mingəçevir Tibb Məktəbi "Odlar yurdu" özəl kolleci ilə əlaqədar müraciətlərdə tələbələr sırasına bərpa, diplomun verilməsi təyinat bölgüsü ilə əlaqədar məsələlərdən bəhs olunur.

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan bütün müraciətlər araşdırılmış, müvafiq tədbirlər görülmüş müraciət müəlliflərinə cavab verilmişdir.

 

 

Azərbaycan müəllimi.-2009.-6 noyabr.-S.4.