"Mənəviyyat narkomaniya" mövzusunda tədbir keçirilib

 

Oktyabrın 29-da Bakıdakı 29 nömrəli orta məktəbdə psixoloq müəllim Rəfiqə Səmədzadənin təşkilatçılığı ilə "Mənəviyyat narkomaniya" mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Ələddin Əliyev bildirib ki, narkotiklərə nəzarət, narkomaniya ilə mübarizə son illərdə dünyada ümumbəşəri bir problem olmuşdur. Buna görə hər bir təhsil ocağında bu məsələ ən ümdə məsələyə çevrilməlidir.

Tədbirdə iştirak edən millət vəkili Hüseynbala Mirələmov qeyd edib ki, narkotiklərin təsiri altında olan insanlar çox təhlükəli olurlar. Müşahidələr göstərir ki, narkomanlar təhsilə, ailəyə, işə , dostlarına maraqlarını itirir onlar özlərini cəmiyyətdən təcrid edirlər. İndi bu cür tədbirlərin məktəblərdə keçirilməsi çox vacibdir şagirdlər arasında daim maarifləndirmə işi aparılmalıdır.

Respublika Narkoloji Dispanserinin həkimi Zamin Əliyev bildirib ki, narkomaniyadan əziyyət çəkən insanlara bütün müalicə müddəti ərzində ailənin dəstəyi, əsl dost, qohum yaxınlarının normal münasibəti tələb ounur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Uğurlu Abbasov vurğulayıb ki, bu ümumbəşəri problemin profilaktikası məsələlərində ölkəmizdə məqsədyönlü tədbirlər həyata keçirilir. Digər çıxış edənlər tədbirin məktəblilər arasında xüsusi tərbiyəvi əhəmiyyətindən danışaraq gələcəkdə başqa təhsil ocaqlarında da belə tədbirlərin keçirilməsini təklif ediblər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-6 noyabr.-S.8.