Şahmat ənənələrini layiqincə davam etdirən məktəb

 

Öl başçısı cənab İlham Əliyev tərəfindən idmanın bütün sahələrinə, o cümlədən şahmatın inkişafına göstərilən diqqət qayğı bu intellektual oyunla məşğul olan uşaq, yeniyetmə gənclərin kifayət qədər uğurlar qazanmasına imkan şərait yaradır. İdmançılarımızın əldə etdiyi nailiyyətlərdə təbii ki, onların məşğul olduqları idman məktəblərinin rolu danılmazdır. Paytaxtın Səbail rayonunda yerləşən 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbi (UGŞİM) bu gün öz yetirmələrinin qazandığı müvəffəqiyyətləri ilə tanınmış məktəblərdən biri sayılır.

2006- ildən fəaliyyət göstərən bu məktəbdə uşaq, yeniyetmə gənclərə intellektual oyun hesab edilən şahmatın incəlikləri öyrədilir, onlarda həmin idman növünə marağın artırılması, onun kütləviləşməsi istiqamətində mühüm işlər həyata keçirilir. Məktəbin direktoru Elvin Hüseynovdan öyrəndik ki, hazırda UGŞİM- 77 qrupda 994 uşaq, yeniyetmə gənc şahmat, dama üzrə bölmələrdə məşğul olur. Onlardan 36- ibtidai hazırlıq, 41-i isə təlim-məşq qruplarıdır. Məktəbdə uşaq, yeniyetmə gənclərin şahmat dama ilə məşğul olmaları üçün hər cür şərait yaradılıb. Burada yüksək dərəcəli idmançıların hazırlanması diqqət mərkəzindədir. Uşaqlarla təlim-məşq prosesini respublikada tanınmış, idman ustalığına namizəd Akif Vəlibəyov, Valeri Susel, Nigar Kazımova, dama üzrə baş müəllim Yalta Şamaryayeva digər məşqçi-müəllimlər keçirirlər.

Məktəbdə 2008-2009-cu tədris ilində şahmat və dama üzrə 280 nəfər müxtəlif dərəcəli idmançı hazırlanmışdır. Onlardan 2-si idman ustalığına namizəd, 14-ü birinci, 412-si isə kütləvi idman dərəcəlidir.

Ölkə başçısı cənab İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın yerinə yetirilməsi istiqamətində məktəbdə geniş tədbirlər planı hazırlanmışdır.

Şahmatın tədrisini ümumtəhsil məktəblərində geniş təbliğ və təşkil etmək, həmçinin bu oyuna maraq göstərən istedadlı uşaqların üzə çıxarılması məqsədilə UGŞİM-nin məşqçi-müəllimləri Səbail rayonundakı 132 nömrəli orta məktəbdə, 160 nömrəli Klassik Gimnaziyada şahmat üzrə məşğələlər keçirirlər. Bundan başqa, məktəbdə həmin payonda yaşayan əhalinin bütün təbəqələrinin şahmatla məşğul olmaları üçün lazımi şərait yaradılıb. Belə ki, həftənin çərşənbə və bazar günlərində "açıq qapı" adı ilə müxtəlif blis turnirləri, master klas və s. yarışlar keçirilir. Şahmat məktəbində bununla əlaqədar tanınmış və qabaqcıl məşqçi-müəllimlərdən ibarət təşkilat komitəsi yaradılmışdır. Burada tez-tez respublikanın görkəmli şahmat ustaları , qabaqcıl məşqçi və hakimlərlə görüşlər təşkil olunur. UGŞİM-in orta ümumtəhsil məktəbləri ilə sıx əməkdaşlığı nəticəsində şahmatla məşğul olmaq istəyənlərin sayı gündən-günə artmaqdadır.

Buranın yetirmələri istər respublikamızda, istərsə bir sıra xarici ölklərdə keçirilən şahmat yarışlarında müvəffəqiyyətlər qazanaraq kubok medallara layiq görülürlər. Məktəbdə məşqçi-müəllimlər tərəfindən gələcəyinə böyük ümidlər bəslənilən istedadlı şahmatçılar kifayət qədərdir. Belə şahmatçılardan biri- Abdulla Qədimbəyli ilk uğurlarını lap kiçik yaşlarında qazanıb. 4 yaşından şahmata olan həvəsini görən atası onu 2 nömrəli uşaq-gənclər şahmat idman məktəbinə qoyub. 2007-ci ilin dekabrında, 2008-ci ilin yanvarında 8 yaşadək oğlanlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyində II yeri, 2008-ci ilin martında keçirilən Azərbaycan birinciliyində III yeri, 2009-cu ilin aprelində isə Azərbaycan çempionatında I yeri tutmuşdur.

O, daha sonralar respublikamızda keçirilən digər müxtəlif yarış turnirlərdə gözəl oyun nümayiş etdirərək yüksək yerlərə layiq görülüb. 2009-cu ilin mayında idmanda qazandığı 2008-ci ilin nailiyyətlərini nəzərə alaraq balaca şahmatçının birbaşa Azərbaycan çempionatında iştirakına vəsiqə verildi.

Bu yarışda öz rəqiblərinə qalib gələrək I yeri tutan Abdulla sonra Makkabi beynəlxalq şahmat turnirində yüksək nəticə göstərərək Makkabinin Avropa çempionatına vəsiqə qazanır. Ən böyük qələbəsini isə 2009-cu il iyunun 4-15 tarixlərində Gürcüstanın Batumi şəhərində 8 yaşadək oğlanlar arasında keçirilən Avropa çempionatında əldə edib. Belə ki, bu mötəbər yarışda o, I yerə layiq görülərək Avropa çempionu kimi Vətənə qızıl medalla qayıdıb.

Məktəbin digər yetirməsi Zaur Abbasov da öz uğurlu nəticələri ilə burada çalışan məşqçi-müəllimlərinin ona olan etimadını doğruldub. 2006- ildən 2 nömrəli UGŞİM- şahmatla məşğul olan Zaur 2007, 2008-ci illərdə 2 dəfə məktəblilərin spartakiadası çərçivəsində şahmat yarışlarında I yerə layiq görülüb. 2007-ci ildən I dərəcəli şahmatçıdır. 2009-cu ilin aprelində şahmat üzrə Azərbaycan çempionatında 10 yaşa qədər oğlanlar arasında II yerə sahib çıxıb. O, 2009-cu ilin aprelində Bakıda keçirilən Makkabi beynəlxalq şahmat turnirində III yeri tutaraq "Makkabi" komandasının tərkibində Almaniyanın Saarbrüken şəhərində keçirilən beynəlxalq turnirdə oynamaq hüququ qazandı. Həmin yarışdan bu günlərdə uğurla vətənə dönən Zaur Abbasov komanda tərkibində I yeri tutmaqla yanaşı, oynadığı 2-ci masada ən yüksək nəticəni əldə edərək birinci oldu.

Sevindirici haldır ki, məktəbdə belə istedadlı uşaq yeniyetmələrin sayı onlarcadır bu, getdikcə çoxalmaqdadır.

Ölkəmizin şahmat ənənələrini layiqincə davam etdirən 2 nömrəli uşaq-gənclər şahmat idman məktəbinə üz tutub gələnlərin elə məhz bir istəyi var: burada çalışan təcrübəli məşqçilərdən şahmatın incəliklərini öyrənmək doğma Vətənimizi dünya Avropa çempionatlarında yüksək səviyyədə təmsil etmək.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.-2009.-6 noyabr.-S.8.