Vətənpərvər gənclər yetişdirmək təhsilimizin ən önəmli vəzifələrindəndir

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1997-ci il fevralın 1-də müstəqil Azərbaycan Respublikası gənclərinin 1-ci forumunun birilliyi ilə əlaqədar keçiriən mərasimdəki yekun nitqində demişdir ki, gələcəyimiz olan gənclər dövlətimizə, xalqımıza sədaqətlə xidmət etməlidirlər. Azərbaycan gənclərinin qarşısında qoyulmuş bu mühüm vəzifə onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında təhsil ocaqlarının məsuliyyətini daha artırır.

Gənclərimiz həmişə ictimai həyatda fəal olmuş, çağdaş tariximizin ən taleyüklü dövrlərində öz sözlərini demiş, prinsipial mövqelərini bildirmişlər. Xalqımızın azadlıq, müstəqillik amallarına, dövlətçiliyimizə sədaqətli olan gənclərimiz bu yolda əsl mübarizlik nümayiş etdirmişlər. Torpaqlarımızın suverenliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən, əlil olan, şəhidlik zirvəsinə ucalan soydaşlarımızın böyük əksəriyyəti gənclərdir. Yüzlərlə, minlərlə belə fakt indiki gələcək nəsillər üçün örnəkdir, qürur duyulası, fəxr ediləsi nümunədir.

Bu gün gənclərimizin qarşısında mühüm vəzifələr durur. Hər bir gənc həyatının bu dövründən bacardığı qədər səmərəli istifadə etməlidir. Gənclik dövründə boş, mənasız keçirilən hər gün sonra böyük itkilərə gətirib çıxarır. Gənc nəslimiz mükəmməl təhsil almalı, günümüzün inkişafı tələbləri ilə ayaqlaşmalıdır. Gənclərimiz dövlət müstəqilliyimizin əldə olunmasında öz sözlərini dedikləri kimi, müstəqilliyimizin qorunmasında, inkişaf etməsində yaxından iştirak etməlidirlər. çünki hər bir gənc yaşadığı coğrafi məkandan asılı olmayaraq, öz Vətənini, Azərbaycanı təmsil edir, xalqımızın mənəviyyatının daşıyıcısı, onun simasıdır.

Gənclərimizin qarşısında duran başlıca vəzifələrdən biri xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda cəbhələrdə göstərdikləri qəhrəmanlıqları kimi elmdə, istehsalatda, təhsildə fədakarlıq göstərməli yüksəkixtisaslı mütəxəssislər kimi yetişməlidirlər.

Respublikamız hüquqi demokratik dövlət quruculuğu yolu ilə inkişaf edir. Milli ideologiya konsepsiyası çərçivəsində gəncləri, birinci növbədə, Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiqlik ruhunda tərbiyə etmək lazımdır. Gənclərin təhsili, tərbiyəsi məhz bu istiqamətdə aparılmalıdır.

Gənclərin tərbiyə edilməsində, eyni zamanda ümumbəşəri dəyərlərdən geniş istifadə olunmalıdır. Milli mənəvi ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın xüsusən gənclərimizin mənəvi kodeksini təşkil edir.

Nər bir ölkədə orduda xidmət etmək gəncin vətəndaşlıq borcudur. Ancaq Azərbaycan övladının borcu başqa ölkələrin gənclərinə nisbətən bir neçə qat artıqdır. çünki torraqlarımız düşmən tərəfindən işğal edilib, ölkəmizin ərazi bütövlüyünə təcavüz olunub, xalqımızın min illər boyu yaratdığı, yaşatdığı zənginləşdirdiyi dəyərlər saxtalaşdırılıb, özününküləşdirilib, talan edilib, dağıdılıb. Xəyanətkarlıqla gerçəkləşdirilən bu vandalizmin nəticələrini aradan qaldırmaq, onu bərpa etmək gənclərin öhdəsinə düşür.

Bu baxımdan cəmiyyətimizdə, xüsusən gənclər arasında hərbi xidmətə hörmət diqqət daim yüksək səviyyədə olmalı, hər bir gəncin orduya xidmətə getməsi onun ailəsində bayrama çevrilməlidir.

Gənclər bilməlidirlər ki, hər bir azərbaycanlının vətəndaşlıq borcu, vəzifəsi resrublikamızın dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı azad, müstəqil dövlət kimi inkişaf etdirmək, Azərbaycan elmini, mədəniyyətini yüksəklərə qaldırmaq, Vətənin şan-şöhrətini dünyaya tanıtmaq, dünya birliyində layiqli yer tutması üçün xidmətlər göstərməkdir.

Biz təhsil tərbiyədə forma məzmun vəhdətini həmişə gözləməli qorumalıyıq. Əgər belə olarsa, onda gənclərimizdə milli qürur hissi milli ruh yaratmış olarıq.

Ümummilli liderimiz Neydər Əliyev Azərbaycanda gəncliyə həmişə böyük qayğı göstərib. üaşadığımız yeni əsrdə gənclərimiz qarşısında duran başlıca vəzifə məhz ulu öndərimizin azərbaycançılıq ideyalarını layiqincə həyata keçirməkdən ibarətdir. Zamanın, dövrün tələbindən irəli gəlmiş təlim-tərbiyə işinin təkmilləşdirilməsi XXI əsrin gənc nəslinin yüksək səviyyədə formalaşdırılmasının təminatıdır.

Bu gün Azərbaycan gənclərinin böyük hamisi, yolgöstərəni qayğıkeşi cənab Prezident İlham Əliyev hələ ölkəmizə rəhbərlik etməzdən əvvəl - Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində olarkən bu sahədə çox böyük xidmətlər göstərmişdir. Bu gün məhz möhtərəm Prezidentimizin titanik fəaliyyəti nəticəsində gəncliyimizin, deməli, dövlətimizin səsi-sorağı ən ali tribunalardan, müxtəlif dövlətlərdən gəlir.

Ordumuzun ölkəmizin modernləşdirilməsindən tutmuş fiziki cəhətdən sağlam nəslin yetişməsi üçün görülən çoxşaxəli işlərədək hər şey milli vətənpərvərlik tərbiyəsi üçün stimul, baza istiqamətləndirici faktdır. Təhsil sistemindəki uğurlu islahatlar, müəllim kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, bütövlükdə təhsil-təlim tərbiyə proseslərinin yeniləşməsi, mükəmməlləşməsi müasirləşməsi cəmiyyət həyatının dinamik bir hissəsidir. Ən sevindiricisi odur ki, belə temp nəticənin gerçəkləşməsini sürətləndirir.

Elə bu da bizə ümid verir ki, gənclərin vətənpərvərlik tərbiyəsi, onlarda milli şüurun təkamülü prosesinin daha da inkişafı üçün görülən işlər tezliklə öz bəhrəsini verəcəkdir.

 

 

Sevda XASPOLADOVA

 

Azərbaycan müəllimi.-2009.-13 noyabr.-S.6.