Xarici dil fənn kurikulumu layihəsi müzakirə edildi

 

Noyabrın 9-da Azərbaycan Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində Xarici dil fənn (V-XI siniflər) kurikulumu layihəsinin (məzmun standartlarının) geniş müzakirəsi keçirildi. Tədbirdə Kurikulum Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi, dosent Ənvər Abbasov Xarici dil fənn kurikulumunun layihəsi barədə iştirakçılara məlumat verdi.

Sonra Xarici dillərin təlimi bölməsinin aparıcı elmi işçisi, pedaqoji elmlər namizədi, dosent Gülbəniz Camalova məzmun standartlarının layihə variantını iştirakçılara təqdim etdi.

ADU-nun dosenti Rəfiqə İsayeva, AMİ-nin müəllimi Mətanət Abbasova, BPKİYİ-nin kabinet müdiri Rəfiqə Əliyeva, Bakıdakı 55 nömrəli orta məktəbin fransız dili müəllimi Nailə Həsənova və başqaları layihənin təkmilləşdirilməsi ilə bağlı öz fikir və mülahizələrini, rəy və təkliflərini bildirdilər.

 

 

Azərbaycan müəllimi.-2009.-13 noyabr.-S.1.