"Narkomanlığın acı
nəticələri" mövzusunda
seminar-disput
Noyabrın
10-da Azərbaycan Müəllimlər İnstitutunda
"Narkomanlığın acı nəticələri"
mövzusunda seminar-disput keçirildi. Tədbirdə
çıxış edən institutun rektoru, professor
A.Naxçıvanlı dünyada sosial problemlər kontekstində
diqqət mərkəzində olan narkomaniyanın törətdiyi
faciələrdən danışdı.
İnsan
psixologiyasını korlayan, onu cəmiyyətdən təcrid
edən narkomaniya probleminin çox təhlükəli
olduğu, onun qarşısının xüsusən yeniyetmə
və gənclər arasında alınmasında kompleks tədbirlərin
davam etdirilməsinin çox vacib olduğu qeyd olundu.
Çıxışlardan
sonra "Narkomaniyaya son" başlığı altında
geniş təqdimat oldu. Tələbələr tərəfindən
rəğbətlə qəbul olunan təqdimatda
narkomanların düşdüyü acınacaqlı vəziyyət,
narkotik maddələrin insanlarda yaratdığı psixoloji gərginlik,
asılılıq, xüsusilə qadınların taleyində
xoşagəlməz hallar, acı fəsadlarla nəticələnən
sonluqlar nümayiş etdirildi.
Azərbaycan müəllimi.-2009.-13
noyabr.-S.3.