2009-2010-cu dərs ilində "Ən yaxşı ümumtəhsil
məktəbi" və
"Ən yaxşı
müəllim" müsabiqələrinin
keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli sərəncamını rəhbər tutaraq, 2009-2010-cu dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası
Prezidentinin "Ən
yaxşı ümumtəhsil
məktəbi müsabiqəsinin
keçirilməsi Qaydaları
və ümumtəhsil
məktəblərinə verilmiş
mükafatın istifadə
istiqamətləri"nin
və "Ən yaxşı müəllim
müsabiqəsinin keçirilməsi
Qaydaları"nın
təsdiq edilməsi haqqında" 2008-ci il 25
fevral tarixli, 714 nömrəli
fərmanına uyğun
olaraq, ümumtəhsil
məktəbləri və
müəllimlərin müsabiqələrdə
iştirakı ilə
bağlı elanın
mətni və ona əlavələr təsdiq edilsin.
2. "Təşkilat
Komitəsinin yaradılması
haqqında" nazirliyin
20.10.2008-ci il tarixli,
1154 nömrəli əmri
2009-2010-cu dərs ilində
də qüvvədə
saxlanılsın.
3. 2009-2010-cu dərs
ilində müsabiqələrdə
iştirak üçün
sənədlərin qəbulu
2009-cu il noyabrın
16-dan başlansın və
2010-cu il yanvarın
15-də başa çatdırılsın.
4. İctimaiyyətlə
əlaqə şöbəsi
(B.Hüseynzadə) müsabiqələrlə
bağlı elan və ona əlavələrin
"Azərbaycan müəllimi"
qəzetində dərc
olunmasını təmin
etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
10 noyabr 2009-cu il
Azərbaycan müəllimi.-2009.-20
noyabr.-S.3.