Təhsil naziri Bərdə Ağdam rayonlarında olub

 

Noyabrın 12- "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) alternativ qayğı Dövlət Proqramı (2006-2015- ci illər)" çərçivəsində Bərdə şəhər qarışıq tipli internat orta məktəbi nəzdində yaradılan "Günərzi qayğı mərkəzi"nin açılış mərasimi oldu.Tədbirdən əvvəl təhsi naziri Misir Mərdanov Bərdə rayon rəhbərliyi ilə birlikdə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anaraq abidəsi önünə gül dəstəsi qoydu.

Mərasimdə iştirak edən təhsil naziri Misir Mərdanov bildirdi ki, mərkəzin yaradılmasında məqsəd uşaqların bu müəssisəyə düşməsinin qarşısının alınmasıdır.Bərdə şəhəri ərazisində yaşayan, risk qrupuna daxil olan aztəminatlı ailələrin uşaqları və sağlamlıq imkanları məhdud olan uşaqlar bu mərkəzə cəlb ediləcək. Mərkəz 50 nəfər məktəbəqədər məktəbyaşlı sağlamlıq imkanları məhdud uşağa xidmət edəcək. Burada psixoloq, loqoped, inkişaf terapiyası (yəni uşaqlara özünəxidmət bacarıqlarının aşılanmasını öyrədən xüsusi pedaqoq) xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Psixoloq uşaq onun ailəsi ilə kompleks şəkildə aparacaq müxtəlif xidmətləri həyata keçirəcək. Bu mərkəz gün ərzində 10- 12 saat fəaliyyət göstərəcək. Burada hər bir uşaq üçün ayrıca fərdi qayğı planı hazırlanacaq ona müvafiq olaraq uşaqlarla aparılacaq. Məqsəd mərkəzdə hər bir uşağa göstərilən qayğı nəticəsində onun cəmiyyətə inteqrasiyası sosial adaptasiyasını təmin etməkdir.

Məktəbyaşlı uşaqların( 1-8-ci siniflərarası) burada dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkili nəzərdə tutulur. Uşaqların axşam evlərinə nəqliyyat vasitəsilə aparılması mərkəz tərəfindən təmin ediləcək.

Sonra nazir rayon rəhbərliyi ilə birlikdə rayonun 4,6,8 nömrəli orta, 12 nömrəli Ağdam rayon köçkün, 2008- 2009-cu tədris ilində "Ən yaxşı ümumtəhsil məktəbi"müsabiqəsinin qalibi olmuş 2 nömrəli şəhər beynəlmiləl orta məktəblərində, Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-liseydə, şəhər 5 nömrəli orta məktəbdə əməkdar müəllim Minayə Nəbbaqinin dərs keçdiyi Azərbaycan tarixi kabinetində, Uşaq-Gənclər Şahmat Məktəbində, Heydər Əliyev Tarix-Diyarşünaslıq muzeylərində oldu.

Günün ikinci yarısında rayonda təhsil işçilərinin iştirakı ilə müşavirə keçirildi.Tədbiri giriş sözü ilə Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rahilə İsmayılova açdı sözü təhsil naziri Misir Mərdanova verdi. Nazir xalqımızın ümummilli lideri Heydər Əliyevin onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdikləri əvəzsiz qayğı diqqətdən ətraflı danışdı.

Rayonda XI siniflər üzrə keçənilki buraxılış imtahanlarının nəticələrindən söz açan nazir Misir Mərdanov məktəb direktorlarını gələcəkdə bu işdə daha məsuliyyətli olmağa çağırdı keçən ildən fərqli olaraq, bu il IX siniflər üzrə imtahanların da mərəkzləşdirilmiş qaydada keçiriləcəyini nəzərə çatdırdı.

Təhsil sahəsində qiymətləndirmə sisteminə toxunan nazir hər bir rayonda olduğu kimi, Bərdədə nümunəvi bir məktəb-liseyin yaradılmasını vurğuladı.

Şagirdlərin məktəbli forması geyməsinə münasibətini bildirən təhsil naziri 2009-2010-cu dərs ili ərzində orta məktəblərin lazımi avdanlıqlarla, dərslik dərs vəsaiti ilə təmin olunması sahəsində heç bir problemin olmadığını da söylədi Bərdə rayon təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışdı.

Rayonun beş müəllimi "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olundu.

Sonra təhsil naziri rayon rəhbərliyi ilə birlikdə Heydər Əliyev Tarix-Diyarşünaslıq muzeylərində oldu hər iki muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

 

***

 

Noyabrın 13- Ağdam rayonuna gələn təhsil naziri Misir Mərdanov rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovla birlikdə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra Heydər Əliyev muzeyində oldu. Rayon təhsil şöbəsi üçün yeni tikilmiş inzibati binanın tikintisi ilə tanış oldu, Soltanbud kənd, Bənövşələr qəsəbəsində 2 nömrəli orta məktəblərdə, həm Xındırıstan kənd körpələr evi-uşaq bağçasına baş çəkdi .Həmin təhsil müəssisələrində sinif otaqlarına, kompüter kabinetlərinə, laboratoriyalara, kitabxanalara, idman iclas zalına baxdı.

Həmin gün rayonun Quzanlı Mədəniyyət evində təhsil işçilərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirəni giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova ilk sözü təhsil naziri Misir Mərdanova verdi.

Nazir bildirdi ki, Ağdam rayonu Azərbaycanın ən böyük rayonlarındandır, lakin ərazisinin xeyli hissəsi düşmən tapdağı altındadır.Bu gün ölkə başçısının bu istiqamətdə apardığı siyasət ondan ibarətdir ki, bütövlükdə işğal altında olan torpaqlarımız işğaldan azad olmalıdır.Möhtərəm Prezidentimizin məqsədyönlü səmərəli, qətiyyətli siyasəti nəticəsində ölkəmiz bu gün inkişaf edir möhkəmlənir. Xüsusən, ordu quruculuğu sahəsində sox sevindirici uğurlarımız var.

Misir Mərdanov bildirdi ki, Ağdamın bir neçə tədris müəssisəsində olduq gördüklərimiz bizi çox sevindirdi. Azərbaycanın hər yerində olduğu kimi, bu rayonda da quruculuq abadlıq işləri sürətlə gedir. İndi Ağdam məktəblərinin respublikanın hər yerinə səpələnməsi idarəçilikdə müəyyən çətinliklər yaratsa da, XI siniflərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri göstərdi ki, rayonun təhsil sahəsindəki nəticələri başqa rayonlarla müqayisədə müsbətdəir.

Təhsil naziri Misir Mərdanov son illərdə ölkədə 2000- yaxın məktəb binasının tikildiyini əsaslı təmir olunduğunu müşavirə iştirakçılarının nəzərinə çatdırdı.çətinliklərə baxmayaraq, Ağdam rayonunda da bu istiqamətdə gedən işlərdən, o cümlədən xeyli məktəb binasının körpələr evi-uşaq bağçasının tikilib istifadəyə verildiyi bildirildi.

Təhsilin keyfiyyətini yüksəltməyin qarşıda mühüm vəzifə kimi durduğunu, bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vrğuladı.

Müəllimlərin ixtisasartırma yenidənhazırlanma kurslarından keçmələri üçün onlara yaradılan şəraitdən yeniliklərdən söz açan təhsil naziri Misir Mərdanov çıxışının sonunda Ağdamın təhsil işçilərinə uğurlar arzuladı.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-20 noyabr.-S.3.