Uşaq hüquqları ilə bağlı müsabiqə qalibləri mükafatlandırıldılar

 

Xəbər verildiyi kimi, ölkəmizdə elan olunmuş "Uşaq ili" BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illiyi münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr 2009-cu il tarixlərini əhatə edən "Uşaqları dinləyək, onların iştirakını təmin edək" devizi ilə Uşaq hüquqları aylığı keçirilib.

Bu aylıq ərzində ölkənin şəhər rayonlarında Ombudsman aparatının müvəkkilin regional mərkəzlərinin əməkdaşları "dəyirmi masa"lar, treninq-seminarlar keçirmiş, uşaq hüquqları üzrə bir sıra maarifləndirmə tədbirləri təşkil etmişlər.

"Atatürk" mərkəzində ombudsmanın BMT İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyi ilə birgə keçirdiyi Uşaq Hüquqları Konvensiyasının 20 illiyinə həsr edilmiş tədbirdə həmin müsabiqələrin qaliblərinin adları açıqlanmışdır.

I, II III yerləri tutan, ölkəmizin paytaxtını müxtəlif rayonları təmsil edən məktəblilərə pul mükafatları sertifikatlar təqdim edilib.

 

 

Azərbaycan müəllimi.-2009.-20 noyabr.-S.2.